Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Vaxtla yollaşmayan adam 50-yə yaxalandı...

Baxılıb: 2239     Tarix: 08-03-2020 20:09   
Vaxtla yollaşmayan adam 50-yə yaxalandı...
Əllini aşırdın, yüzə nə qaldı...

Bu gün Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Sumqayitfakt.Az saytının əməkdaşı Natiq İsmayıloğlunun 50 illik yubileyidir.
Mehribanlığı, insansevərliyi, dostcanlılığı, saflığı və sadəliyi ilə ətrafına cəm etdiyi insanların rəğbətini qazanmış N. İsmayıloğlu bacarığı, qabiliyyəti ilə də sevilir.
Dostları ona “təcili-yardım” Natiq deyir. Bu da əbəs yerə deyil. Ən çətin anlarda, ən xoş günlərdə dostlarının, köməyə ehtiyacı olan hər kəsin yanında olur anındaca. Redaksiyanın bütün işlərində canıyananlıqla hər kəsdən öndədir. Üstəlik, tədbirlərin işıqlandırılmasında öz operativ fotoqraf töhvəsini də əsirgəmir. Bir də o var ki, bütün bunlar onun həyat devizinə çevrilib.
"Hər gözəlin bir eybi olar"- deyib atalarımız. Bir çox müsbət keyfiyyətləri özündə birləşdirən Natiqin də vaxt "eybi" var. Öz toyuna, təyarəyyə... gecikən adamdı yəni. Namiq Dəlidağlı onu kiməsə təqdim edəndə:"Natiqin bütün işlərinə və atdığı addımlara cavabdehəm, bircə vaxt məsələsindən başqa..."- deyir. Vaxta yaxa tutdurmayan Natiq bəyi vaxt-vədə yarıməsrlik bir keçiddə haqladı... Acılı- şirinli illəri geridə qoyub ömür nərdivanının 50-ci pilləsinə qədəm qoyur bu gün dəyərli dostumuz.
İllərdir kəlbəcərlilərə xas şirin ləhcəsini dəyişməyən dostumuzun şeirə- sənətə vurğunluğu da o yerlərin havasından qaynaqlanır. Bu günümüzün səbəbkarı Kəlbəcərdə doğulub, boya-başa çatıb, mərdanəliyini uca dağlardan, ürəyinin təmizliyini saf bulaq sularından alıb. Təəssüf ki, ömrünün ən gözəl çağlarını keçirdiyi o əsrarəngiz Kəlbəcər torpağı yağı əlində yağmalanır illərdir. Ürəyimizdə yuva salan həsrət adlı ağrını o da yaşayır. O da arzuların ötəsini – Kəlbəcərə qovuşmaq diləyini diləyir Yaradanın ünyetməyən ənginliklərinə əl açıb, duaçı düşüb...

Sumqayitfakt.Az ailəsi olaraq dəyərli əməkdaşımız Natiq İsmayıloğlunu 50 illik yubileyi münasibətilə təbrik edir, sağlıq və səadət dolu ömür diləyirik. Arzu edirik ki, tezliklə Kəlbəcər həsrəti bitsin, onun və milyonların ürəyindəki göynək sağalsın, bu ağrı-acını sevinc, vüsal əvəzləsin.

Sevinc Qərib

P.S."Dəlidağ" və "Dan yeri" Ədəbi Birlikləri, "Çeşmə" Ədəbi Məclisi və Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölgəsi də də təbrikə qoşulur.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər