Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Bu həftə əfv fərmanı gözlənilir

Baxılıb: 3800     Tarix: 28-12-2015 09:22   
Bu həftə əfv fərmanı gözlənilir

Bu dəfə daha çox məhbusun azadlığa çıxacağı gözlənilir; İşçi Qrupunun siyahısı etiraz doğurdu...
2015-ci ilin son həftəsinə daxil olmuşuq. Hər il olduğu kimi, bu il də əfv fərmanı veriləcəyi barədə günlər öncədən gəzən söz-söhbətlərin sonuna yaxınlaşırıq.

İnsan Haqları üzrə Birgə İşçi Qrupu artıq siyasi məhbus siyahısını Əfv Komissiyasina təqdim edib. Komissiyanın yekun siyahısı ölkə başçısına təqdim olunub. Siyahıda 22 nəfər məhbusun adı yer alır. Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL sədri İlqar Məmmədov, hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərov, NİDA-çı gənclər, jurnalist Pərviz Həşimli və digər siyasilərin adları siyahıda var. Lakin siyahı cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə ciddi etirazlar var. 92 nəfərin siyasi məhbus olduğu ölkədə 22 nəfərin əfv olunması üçün müraciət edilməsi insanların ciddi narazılığına səbəb olub.

Bu əfvdə azadlığa çıxacaq bəzi siyasi məhbusların adları artıq düşüncələrdə formalaşıb. Bunlar Tofiq Yaqublu və Yadigar Sadıqov, NİDA-çı gənclər, Pərviz Həmişli, Rəsul Cəfərovdur. Adlarını qeyd etdiyimiz şəxslər ya cəzalarının böyük hissəsini çəkiblər, ya da ölkə başçısına əfv olunmaq üçün müraciət ediblər. Əfv ərizəsi yazmayan, cəzalarının böyük hissələrini çəkməyən bəzi xəstə məhbusların da azad olunma ehtimalları var. Ümumiyyətlə, bu əfvin cəmiyyətin diqqətində olan daha çox məhbusa şamil olunacağı deyilir. Leyla və Arif Yunusların azad olunması bu fikirlərə olan inamı artırıb.

İnsan Haqları üzrə İşçi Qrupunun üzvü Arzu Abdullayeva əfv sərəncamının bu günlərdə 100% olacağını söylədi: “Kimlərin azad olunacağını bilmirik. Amma 100% əfv olacaq. Qərar prezidentə məxsusdur. Əfv Komissiyası artıq öz işini görüb. İşçi Qrupu yığışıb, siyahını təqdim edib. 22 nəfərlik siyahımıza digər hüquq müdafiəçiləri də dəstək veriblər. Bütün vicdan məhbuslarının adları siyahıda var. Siyahıdan əlavə digər məhbuslar da əfvə düşə bilər. Kiminsə adını çəkmək istəmirəm. Hesab edirəm ki, vicdan məhbuslarının hamısı azad olunmalıdır. Bacardığımızı etdik”.

Hüquq müdafiəçisi 22 nəfərlik məhbus siyahılarının etiraz doğurmasına sərt reaksiya verdi: “Nə etiraz ola bilər ki? Hamımızın dostlarımızın adı ordadır. 92 nəfər məhbusun adı ilə bağlı ümumi bir rəy yoxdur. Əgər 92 nəfərlik məhbusun siyahısını təqdim etsək, məgər onların hamısını azad edəcəklər? Əmin olduğumuz şəxslər, xəstə olanların adı ordadır. Kim bu siyahıya etiraz edirsə, həmin şəxs nadandır. 92 nəfəri adını göndərsəydik, heç kəs əfv olunmayacaqdı”.

İşçi Qrupunun digər üzvü Səadət Bənəniyarlı həsrətlə əfv sərəncamının açıqlanacağını gözlədiklərini qeyd etdi: “Bu vaxtı daim əfv fərmanı verilir. Uzun müddət idi ki, bu istiqamətdə çalışırdıq. Sərəncamın verilməsinə bəlkə də günlər yox, saatlar qalıb. Hər kəsi maraqlandıran bu sərəncamın kimlərə şamil olunmasıdır. Baxmayaraq ki, hər əfv sərəncamını yüksək qiymətləndiririk”.

Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı ölkə başçısının daim daha çox siyasi məhbusu azad etmək istədiyini qeyd etdi: “Əfv Komissiyası daimi fəaliyyət göstərir. Şənbə günü də bir məhbusun müraciəti bizə gəlib. Ölkədə çoxlu məhkum var. Prezident tərəfdarıdır ki, daha çox məhbusu azad etsin. Artıq sərəncamı imzalamaq ölkə başçısının səlahiyyətindədir. Yaxın günlərdə fərman veriləcək”.

Xatirladaq ki, sonuncu dəfə əfv fərmanı bu ilin martında Novruz bayramında verilib.

C.ABBASLI


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər