Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Azərbaycanda ilk dəfə Həcc ziyarətinin təşkili təxirə salınıb - SƏBƏB

Baxılıb: 2599     Tarix: 26-03-2016 10:56   

Azərbaycanda ilk dəfə Həcc ziyarətinin təşkili təxirə salınıb

Azərbaycanda bu il ilk dəfə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu və səfərin təşkilinin vaxtı təxirə düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Apa-ya verilən məlumata görə, buna səbəb hələ də Səudiyyə Ərəbistanı ilə ziyarət qiymətləri barədə tam razılığa gəlinməməsidir.
Buna görə də ziyarətlə bağlı sənəd qəbulunun ən gec halda mart ayının ortalarınadək elan olunacağı açıqlansa da, artıq bu tarix aprelin ortalarına keçirilib.

Xatırladaq ki, ötən il də əvvəlki illərdən fərqli olaraq ziyarətin təşkilinə başlanılması bir qədər gec - martın 10-da elan olunub (əvvəlki illərdə fevralın 10-dan gec olmayaraq sənəd qəbulu elan olunurdu) və ötən il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə hesablanıb.

Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib.

Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər