Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Sorğu

Rauf Arifoğlu seçildiyi dairənin nəticələrinin ləğvini istəyir: “Möhtəşəm qələbəmi həzm edə bilmirlər”

Baxılıb: 439     Tarix: 13-02-2020 14:43   
Rauf Arifoğlu seçildiyi dairənin nəticələrinin ləğvini istəyir: “Möhtəşəm qələbəmi həzm edə bilmirlər”

35 saylı Xətai Üçüncü Seçki Dairəsinin lider namizədi Rauf Arifoğlu həmin dairədə seçkilərin nəticələrinin ləğv edilməsini istəyir.

R.Arifoğlu “Facebook” hesabında bildirib ki, rəqibləri, ölkəni qarışdırmaq istəyən təhlükəli şəbəkə sosial mediada fırtına yaradır.

“Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində apardığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar”, - deyə R.Arifoğlu qeyd edib.

Onun sözlərinə görə, təmiz qələbə qazanıb.

“Amma bunu həzm edə bilmirlər. Araz Əlizadəni quzu kimi qəbul etmişdilər, mənim möhtəşəm qələbəmi həzm edə bilmirlər. Çünki bu, gerçəkdir və nəticə birilərinin çirkli siyasi karyerasını bitirir. 5000 səs fərqi ilə özündənrazı və saxtakar rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Bütün antiislahat, sabotaj dəstəsi ona dəstəkdirmi? Haydı, mən də razıyam!

Bir daha yarışaq! İddia etmirsiniz ki, Mərkəzi Seçki Komissiyası (MSK) nəticələri ləğv edəcək? Etsin! Təkrar, bütün ölkənin gözləri önündə yarışaq. Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan. Rüşvət olmadan. Çirkli texnologiyalar olmadan! Amma biləsiniz. Heç nə dəyişməyəcək. Yenə udacağam! Beş dəfə də olsa, bu adamın məni seçki meydanında udma şansı yoxdur! Ona görə də sakitləşsin, otursun yerinə”.

Qeyd edək ki, MSK Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələri üzrə lider namizədlərin adlarını açıqlayıb./oxu.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər