Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

44 saylı Sumqayıt-Xızı Seçki Dairəsində halqa daralır:İki namizəd getdi...

Baxılıb: 3201     Tarix: 24-01-2020 15:09   
44 saylı Sumqayıt-Xızı Seçki Dairəsində halqa daralır:İki namizəd getdi...
Artıq mətbuatdan məlum olduğu kimi 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən iki namizəd- Mais Səfərli və Hacı Salayev mübarizəni dayandıraraq namizədliyini geri götürüb.
Sumqayitfakt.Az xəbər verir ki. hər iki namizəd geri çəkilmək səbəbini açıqlayıb.
Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli namizədliyini geri götürməsinin əsas səbəbinin gənclərə üstünlük verilməsi, onlara yol açılması prosesinə töhfə vermək olduğunu bildirib. O fikrini belə açıqlıq gətirib:
"Düşünürəm ki, parlament yenilənməli, gəncləşməlidir. Bu baxımdan, mən mübarizəni dayandırmağa qərar verdim."

Digər namizəd, VI-V çağırış Milli Məclisin deputatı, bitərəf Hacı Salayev isə geri çəkilməsinə mətbuatda haqqında yazılan nahaq yazıların səbəb olduğunu bildirib :
“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.
Namizədlərin açıqlamalarında nə dərəcədə səmimi olduqlarını deyə bilmərik, hər halda bu onların şəxsi fikridir, hörmətlə yanaşırıq. Ancaq ortada nəzərdən qaçmayan əsas bir nüans var: mübarizəni uduzacaqlarını hiss edən namizədlər, "haray bəri başdan"- deyib nəticəni önləmək qərarına gəldilər.
Onu da qeyd edək ki, mətbuatda Mais Səfərlinin Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin, Hacı Salayevin isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun "adamı" olaması barədə məlumatlar gündəm daşıyır.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər