Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Xoşqədəmdən Nərminlə bağlı ürək parçalayan paylaşım: "Bağışla səni sağ tapa bilmədim" - ŞƏKİL

Baxılıb: 4195     Tarix: 07-01-2020 16:39   
Xoşqədəmdən Nərminlə bağlı ürək parçalayan paylaşım: "Bağışla səni sağ tapa bilmədim" - ŞƏKİL

Xəbər verdiyimiz kimi, ötən il noyabrın 20-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti bu gün axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb.

Hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sumqayitfakt.Az azxeber.com-a istinadən xəbər verir ki, xəbərdən ən çox üzülənlərdən biri də məşhur telejurnalist Xoşqədəm Hidayətqızı olub. Xəbərdən sarsıntı keçirən "Səni axtarıram" layihəsinin aparıcısı ardıcıl olaraq 2 paylaşım edib.

Xeyli müddətdir Nərminin axtarışına çıxan telejurnalist azyaşlını sağ tapa bilməməsində özünü günahkar adlandırıb:

"Mənim on yaşlı mələyim sənə kim qıydı? Səni kim yandırdı bala? Görəsən o vəhşi sənə qıyarkən vicdanı titrədimi?? Sənin ölüm xəbərini aldım və inan ki məndə öldüm. Həftələrdi Nərmin deyib efirdən o canilərə yalvardım, sənin üçün doğulduğun kəndə qədər gəldimş

Günlərlə iş telefonuna özüm cavab verdim, bəlkə mənə gizli şəkildə kimsə sənin sirrini açar deyə. Olmadı qızım, mələyim, körpəm, olmadı... Mən o caninin qarşısın ala bilmədim, səni xilas edə bilmədim. Bağışla məni Nərminim".

Daha sonra o, aldığı xəbərin təsirindən yuxusunun ərşə çəkildiyini bildirib və ürək parçalayan paylaşım edib:

Nərmin, sənin axtarışına çıxarkən bilirdim sən artıq yoxsan, amma möcüzəyə inanırdım. İnanırdım , deyirdim belkə də sağ tapılacaqsan...Əlimdən gələni etdim, o böyüdüyün evi, ətrafını, gəzdiyin küçəni gəzdim, dolaşdım, amma səni tapa bilmədim. Həftələrdi iş telefonuna özüm cavab verdim, bayramda belə özümlə götürdüm... Düşünürdüm möcüze olar sən zəng edərsən məni xilas edin deyərsən. Olmadı Nərminim, olmadı xınalı quzum...Məni bağışla səni sağ tapa bilmədim, məni bağışla sən öldürülərkən fəryadına yetişə bilmədim, məni bağışla sızlayan yaralarına məlhəm ola bilmədim bala. Gecə 01:47 mən hələ də yata bilmirem, səni öldürdükləri, yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, həmin an kimi çağırırdın , o balaca ürəyin yaşadığın dəhşətə necə dözdü. Dözə bilmirəm bu acıya, göz yaşlarıyla bu sətirləri yazıram, mənim günahsız körpəm. Məni bağışla , cənnət quşum, mələyim, Nərminim".

Aparıcının bu paylaşımından sonra sosial şəbəkə izləyiciləri Xoşqədəmə təsəlli verib.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər