Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Yeni məhkəmələrin yaranması ilə bağlı qanun qüvvəyə minib - SİYAHI

Baxılıb: 3104     Tarix: 01-01-2020 12:16   
Yeni məhkəmələrin yaranması ilə bağlı qanun qüvvəyə minib - SİYAHI

Azərbaycanda kommersiya məhkəmələrinin fəaliyyət göstərməsi ilə bağlı qanun bu gündən qüvvəyə minir.

Prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycan inzibati iqtisadi məhkəmələri ləğv edilərək, inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb.

Prezident İlham Əliyevin 2019-cu il iyulun 29-da təsdiq etdiyi "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib.

Sərəncama əsasən, yeni inzibati məhkəmələr yaradılıb:

- Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

- Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

- Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

- Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

- Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

- Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.

Bundan başqa, sərəncama əsasən, aşağıdakı kommersiya məhkəmələri təşkil edilib:

- Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

- Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

- Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

- Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

- Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

- Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər