Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Məzahir Pənahov: 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Baxılıb: 293     Tarix: 31-12-2019 17:23   
Məzahir Pənahov: 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb


Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2097 namizəd müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, indiyə qədər 2097 nəfər müraciət edib: "Onlardan 1782 nəfərin müraciəti təsdiq olunub. Namizədlərin 452 nəfəri 19 siyasi partiya tərəfindən, 12 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb".

MSK sədri qeyd edib ki, müraciət edən şəxslərin 1535 nəfər artıq imza vərəqələrini götürüb, 290 nəfəri isə imza vərəqini qaytarıb: "77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 7-i siyasi partiya üzvüdür".

Qeyd edək ki, qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti 2020-ci il yanvarın 10-u saat 18:00-da başa çatır./trend

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər