Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu

Rafael Cəbrayılov prokurorluğa çağırılıb

Baxılıb: 430     Tarix: 12-10-2019 10:43   
Rafael Cəbrayılov prokurorluğa çağırılıb


Keçmiş deputat Rafael Cəbrayılov prokurorluğa çağırılıb.

Sumqayitfakt.Az yenisabah.az-a istinadla xəbər verir ki, çağırış keçmiş deputatın adı keçən “borc qalmaqalı” ilə bağlıdır. İddia olunur ki, Rafael Cəbrayılov səhhəti ilə əlaqədar prokurorluğa getməyib və bazar ertəsinə qədər möhlət istəyib. Məlumatda həmçinin bildirilir ki, keçmiş deputata borcları qaytarmaq tövsiyyə edilib.
Rafael Cəbrayılovun 300 min ABŞ dolları borclu olduğu Təranə Fətəliyeva isə keçmiş deputatın prokurorluğa çağırılması barədə məlumatsız olduğunu deyib. “Onun prokurorluğuna çağırılıb-çağırılmadığını bilmirəm. Amma mənə bu həftənin üçüncü gününə borcu qaytaracağını söz vermişdi. Artıq iki gün keçib. Əgər qaytarmasa, mən özüm prokurorluğa müraciət edəcəm”, -deyə Təranə Fətəliyeva bildirib.
O, digər borcluların da hələ pullarını geri almadığını deyib.
Rafael Cəbrayılovun özü ilə isə danışmaq mümkün olmayıb.
Xatırladaq ki, keçmiş deputat bir neçə vətəndaşdan külli miqdarda pul alıb. Pulu qaytaracağına zəmanət kimi III və IV çağırış deputat vəsiqələrini girov qoyub. Lakin borcu vəd etdiyi vaxtda qaytara bilməyib. Eyni zamanda zərərçəkənləri təzyiq edib. Onlar da öz növbələrində məsələni ictimailəşdiriblər. Bundan sonra Rafael Cəbrayılov mandatdan imtina barədə Milli Məclisə müraciət edib. Rafael Cəbrayılovun müraciəti baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərlib. MSK-nın qərarı ilə Rafael Cəbrayılovun mandatı ləğv olunub. Bununla o, toxunulmazlıq hüququnu da itirib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər