Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Sürət həddinə görə kameralar vasitəsilə cərimə yazıla bilər? - Yol polisindən AÇIQLAMA

Baxılıb: 2187     Tarix: 30-03-2019 14:57   
Sürət həddinə görə kameralar vasitəsilə cərimə yazıla bilər? - Yol polisindən AÇIQLAMA

Son bir neçə ildir yollarda quraşdırılan xüsusi texnikalar sürət həddini aşan avtomobilləri qeydə alır, sürücülər barəsində elekton protokol tərtib olunur. Bu, əsasən, radarlar vasitəsilə gerçəkləşir.

Maraqlıdır ki, bəzi sürücülər müşahidə kameraları vasitəsilə də onlara cərimə yazıldığını bildirirlər.
Sürət həddi kameralar vasitəsilə müəyyən edilə bilərmi? Yol polisi müşahidə kamerasına əsaslanıb, sürücünü sürət həddini aşdığına görə cərimələyə bilərmi?

Sumqayitfakt.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, avtomobillərin sürəti aşması xüsusi texnika vasitəsilə qeydə alınır.

"Yollarda xüsusi texnikalar vasitəsilə nəqliyyat vasitələrinin sürəti ölçülür. Hər hansı bir qayda pozuntusu baş verərkən nəqliyyat vasitəsinin sürücüsü barədə dərhal elektron qərar tərtib olunur. Müəyyən müddətdən sonra kağız daşıyıcıda və ya SMS vasitəsilə sürücüyə məlumat verilir. Hansısa bir qayda pozuntusu olarsa, bu 3 qaydada - kağız daşıyıcıda yaşadığı ünvana, SMS vasitəsilə mobil telefona və sürücünün yaratdığı elekton kabinetə yerləşdirilərək, ona çatdırılır. Yolda polis saxlayıb bu barədə məlumat verirsə, burada heç bir qanunazidd hərəkət yoxdur. Sürücü elekton kabinetini diqqətdə saxlamalıdır. Əgər sürücü ona qarşı doğru qərar qəbul edilmədiyini düşünürsə, Dövlət Yol Polisinin "902 qaynar xətti"nə və ya Daxili İşlər Nazirliyinin "102 qaynar xətti"nə zəng vurub şikayət edə bilər. Şikayətlər araşdırılandan sonra ona məlumat veriləcək".

Hüquqşünas Ərşad İbrahimov deyib ki, sürət rejiminin pozulması yalnız radar və kamera ilə qeydə alınıb elektron qərar ilə rəsmiləşdirilə bilər.

"Sürücü sürət rejimini pozub deyə yol polisi onu saxlayıb cərimələyə bilməz, qanun bunu qadağan edib. Sürət həddinin aşılması ilə bağlı qayda pozuntusu mərkəzi sistem vasitəsi ilə qeydə alınır, sürücüyə göndərilir. Yol polisi sürət həddini aşan sürücünü saxlaya bilər, bəlkə sürücü sərxoşdu və ya başqa problem var, amma sürət həddini aşdığına görə cərimə yaza bilməz".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər