Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Ermənistanda analar oğullarını Dağlıq Qarabağa göndərmək istəmirlər – Etiraz aksiyası keçirdilər

Baxılıb: 3182     Tarix: 24-03-2019 17:45   
Ermənistanda analar oğullarını Dağlıq Qarabağa göndərmək istəmirlər
Ermənistanın Meğri rayonundakı hərbi hissədə baş verən bir insident ictimaiyyətin diqqətini cəlb edib.

“Yerevan Today” saytının məlumatına görə, martın 17-də yüzə yaxın əsgər zabitlərin özbaşınalığına etiraz əlaməti olaraq, xidmət etdikləri hərbi hissəni tərk etmək istəyib.
Alay komandiri onları birtəhər yolda saxlayaraq, xidmətə geri qaytarmağa nail ola bilib.
Lakin həmin axşam hadisə zamanı xüsusi fəallıq göstərən 20 hərbi qulluqçu avtobusla öncə Qafanın hərbi polisinə, oradan isə Xankəndinə göndərilib. Bu zaman əsgərlərin hərbi formaları zorla əyinlərindən çıxarılıb və telefonları əllərindən alınıb.

Sumqayitfakt.Az xəbər verir ki, bununla əlaqədar hərbi qulluqçuların anaları İrəvanda hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.
Onların sözlərinə görə, bütün hadisə Qasparyan adlı zabitin ucbatından baş verib. Belə ki, gördüyü əziyyətdən təngə gələn əsgərlərdən biri ona yaxınlaşıb və başqa bölməyə keçirilməsini istəyib. Zabit isə cavabında ona əl qaldırıb. Münaqişənin də buradan doğduğu iddia edilir.
Ermənistan Müdafiə Nazirliyinin sözcüsü Artsrun Ovannisyan isə kiçik qiyama görə həm əsgərlərin, həm də zabitlərin cəzalandırılacağını bildirib.
O, “bir neçə intizamsız əsgərin 90-cı illərin qayda-qanunlarını tətbiq edərək ayrı qidalanmaq, xüsusi yerlərdə yatmaq kimi özləri üçün xüsusi imtyazlar əldə etmək istədiklərini, üstəlik, başqalarını da qiyama təhrik etdiklərini” söyləyib.
Ermənistanın “Həqiqət uğrunda jurnalistlər” hüquq təşkilatının rəhbəri Janna Aleksanyan isə zabitlərin əsgərlərlə təhqiramiz davranması ucbatından bu tip insidentlərin baş verdiyini deyib və Artsrun Ovannisyanı bütün günahı əsgərlərin üzərinə yıxmasına görə sərt tənqid edib.
“Helsinki vətəndaş assambleyası” təşkilatının sədri Artur Sakunts isə məsələ ilə əlaqədar komissiyanın yaradılmalı olduğunu bildirib. O, hər hadisəyə görə əsgərlərin Qarabağa sürgün olunmasını doğru saymadığını, bütün bunların ordudakı mənfi gerçəklikləri gizlətmək üçün həyata keçirildiyini vurğulayıb. musavat.com


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər