Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

34 saylı orta məktəbdə «orjinal» pul yığımı -SUMQAYITDA

Baxılıb: 3669     Tarix: 25-02-2016 11:57   
34 saylı orta məktəbdə «orjinal» pul yığımı

Sumqayitfakt.az

Direktor Bəyaz Novruzova pul yığmaqdan imtina edən müəllimlərin mobil telefonlarını əllərindən alaraq, girov saxlayır

Samir Gülalıyev: «Yazdıqlarımı sübut etmək üçün əlimdə məktəb direktorunun əməllərini əks etdirən görüntü və səs yazıları var»

Jurnalist Samir Güləliyev bütün ölkə mediasına müraciət edərək, Sumqayıt şəhərində fəaliyyət göstərən 34 saylı orta məktəblə bağlı şikayət yollayıb. Daxil olan şikayət məktubunda qeyd edilir ki, sözügedən orta məktəbin direktoru Bəyaz Novruzova qanunsuzluqla məşğul olur.

Onun sözlərinə görə, Təhsil Nazirliyinin tətbiq etdiyi qaydaların heç biri bu məktəbdə işləmir. «Təsəvvür edin ki, direktor müəllimləri məcbur edir ki, şagirdlərdən pul yığsınlar. Fond pulu, süpürgə pulu, bilet pulu, şəkil pulu, hansısa tədbirdən çəkilmir görüntülərin satılması və sairi bura aid etmək olar. Maraqlıdır, təhsil naziri Mikayıl Cabbarov qərar verib ki, orta məktəblərdə pul yığılmasının qarşısı qətiyyətlə alınmalıdır. Amma Bəyaz Novruzova deyir ki, onun yanında Mikayıl Cabbarov heç kimdir».


Jurnalist qeyd edir ki, direktor pul yığımı işlərini müavini Amaliya xanıma həvalə edib. «Tapşırıq belədir ki, pul verməyən siniflərin rəhbərlərindən həmin məbləğ yığılmalıdır. Buna etiraz edən və ya şagirdlərdən pul yığılması prosesindən boyun qaçıran müəllimlərin isə telefonları əllərindən alınır. Girov saxlanılan həmin telefonlar o zaman sahibinə qaytarılır ki, tələb olunan pullar yığılsın. Yalnız, bu halda mobil telefon sahibinə qaytarılır».
Sözügedən jurnalist artıq Təhsil Nazirliyi, Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Sumqayıtın icra başçısına artıq məktub yazmağa hazırlaşır. Üstəlik, məsələ ilə bağlı Sumqayıt merinin qəbuluna da yayılıb.

Samir Gülalıyev sonda bəyan edir ki, dediklərini isbat etmək üçün əlində tutarlı dəlillər var. «Qeyd edim ki, baş verən hadisələri sübuta yetirmək üçün əlimdə məktəb direktorunun və onun müavininin səs yazıları var. Həmin faktları isə aidiyyəti dövlət qurumlarına təqdim edəcəm».

Qarşı tərəfi də dinləməyə hazırıq.XalqXeber.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər