Xəbər xətti

20-10-2017

Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Bakı-Sumqayıt yolunda reyd- 24 AVTOBUS CƏRİMƏ MEYDANÇASINA APARILDI

Baxılıb: 543     Tarix: 21-09-2017 18:56   
Bakı-Sumqayıt yolunda reyd- 24 AVTOBUS CƏRİMƏ MEYDANÇASINA APARILDI
Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həmçinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükə altında qoyan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə reyd keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Bakıdan Sumqayıta və əks istiqamətə qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Reyd nəticəsində sərnişin daşınması üçün nəzərdə tutulan standartlara cavab verməyən, müvafiq fərqlənmə nişanı olmayan 24 avtobus mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, həmin avtobusların əksəriyyətinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırılıb.
Saxlanılan avtobus sürücülərinin sənədləri yoxlanılan zaman onların əksəriyyətinin həmin nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası və sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin aparılan araşdırmalar zamanı sərmişin mikroavtobusu kimi fəaliyyət göstərən bir neçə nəqliyyat vasitəsinin əvvəllər yük maşını kimi istismar edildiyi də müəyyən edilib.
Bakı-Sumqayıt magistral yolundan mütamadi olaraq istifadə edən sərnişinlərə, tələbələrə, o cümlədən valideyinlərə bu cür qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərin idarə etdiyi texniki cəhətdən nasaz mikroavtobuslardan istifadə etməmələri tövsiyyə olunur.
Sumqayıt ŞPİ DYPŞ əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək.

Sumqayitfakt.Az
loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər