Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Ən çox oxunanlar
Sorğu

Təşəkkürlər, gürcü və ukraynalı deputatlar , QARABAĞA GÖRƏ!

Baxılıb: 4445     Tarix: 30-01-2016 10:53   
Təşəkkürlər, gürcü və ukraynalı deputatlar

Sumqayitfakt.az

AŞPA sessiyasında gürcü və ukraynalı deputatların ölkəmizi dəstəkləyib qətnamələrin lehinə səs verməsi ətrafında Ermənistanda qalmaqal qalxıb; vəziyyətdən təlaşlanan yerli şərhçilər isə günahı işğalçı ölkənin diplomatiyasının uğursuzluğunda axtarmağı tövsiyə edirlər...
Bu gün Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başlayır. Xəbər verdiyimiz kimi, sabah sessiyada Ermənistan əleyhinə iki qətnamə layihəsi səsverməyə çıxarılacaq. Onlardan biri “Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərində zorakılığın artması”, o biri isə Sərsəng su anbarının qanunsuz istismarı haqdadır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qıs sessiyasında işğalçı Ermənistan əleyhinə iki məlum qətnamənin müzakirəsi daha bir mühüm detalı üzə çıxarıb. Bəlli olub ki, səsvermə zamanı qonşu və strateji tərəfdaş Gürcüstanla başqa strateji tərəfdaş və dost Ukraynanın nümayəndə heyətinin əksər üzvləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər.
Bunu, əlbəttə ki, ölkəmiz unutmayacaq. Doğrudur, Azərbaycan da yeri gələndə analoji mövqe sərgiləyib, bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT və ATƏT-də daima bu iki dövlətin ərazi bütövlüyünü müdafiə edib, Gürcüstan və Ukraynaya qarşı işğalçılıq aktlarını pisləyib. Son olaraq, Azərbaycan 2014-cü ilin martında BMT-də Krımın ilhaqlı ilə bağlı səs vermə zamanı Rusiyanın deyil, dünya birliyin yanında yer alıb və Ukraynanın ərazi bütövlüyü və suverenliyinin əks olunduğu sənəd layihəsini dəstəkləyib.

O zaman təcavüzkar Ermənistan öz müttəfiqi Rusiya və daha 9 “izqoy” dövlətlə birgə həmin sənədin əleyhinə səs vermişdi. Bundan az öncə isə Ermənistan prezidenti Serj Sərkisyan rusiyalı həmkarı Vladimir Putinə telefon açaraq, Krımın işğalına “öz müqəddəratı təyinetmə” adı altında haqq qazandırmışdı.

Olaydan sonra Ukraynanın Ermənistandakı səfiri bir müddət etiraz əlaməti olaraq bu ölkəni tərk eləmişdi. Aydın məsələdir ki, təkcə bu faktın özü Ukrayna dövlətinin Azərbaycanın, daha dəqiqi, beynəlxalq hüququn yanında yer alması üçün kifayət idi. Ermənilər ayrı nə gözləyirdilər ki?

O ki qaldı Gürcüstana, təbii ki, o da oxşar durumdadır: onun da iki bölgəsi - Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən zəbt edilib, orada rus hərbi bazaları yaradılıb. Ermənistan isə regionda məhz işğalçı Rusiyanın əsas forpostudur, onun “əlinə su tökən” rolundadır. Güney Qafqazda 5 min nəfərlik yeganə legitim Rusiya hərbi kontingenti (102 saylı hərbi baza) da yenə məhz Ermənistanda - Gümrüdədır. Üstəlik, dövlətçiliyi kağız üzərində olan Ermənistanın sərhədlərini də rus hərbçiləri mühafizə edir.

***
Yəni İrəvan Rusiyanın bölgəni nəzarətdə saxlaması və burada işğalçılıq siyasətini davam etdirməsi üçün əsas amillərdən biridir. Belə olan surətdə gürcü dövlətinin təmsilçilərinin də ermənilərə rəğbəti ola bilməz. Üstəgəl, Gürcüstanla Azərbaycan strateji sahələrdə, bir çox ortaq regional layihələr üzrə tərəfdaşdırlar.

Ermənistan üçün isə Gürcüstan həm də xaricə çıxış baxımından əsas qapıdır. Görünür bu üzdəndir ki, gürcü deputatların Qarabağ qətnamələrini dəstəkləməsinə Ermənistanda verilən qıcıqlı reaksiya ölkənin ekspert dairələrində narahatlıq yaradıb. Erməni şərhçilər narahatdırlar ki, bu reaksiya iki ölkə arasında həssas münasibətləri “Azərbaycanın xeyrinə poza bilər”.

Odur ki, gürcü nümayəndə heyəti üzvlərinin Qarabağa dair qətnamə layihəsinin dəstəkləməsinə yox, erməni diplomatiyasının fiasko olmasına diqqət yönəltməyi, gərginliyi artırmamağı zəruri sayırlar. Məsələn, bu xüsusda erməni analitiklərdən biri - Akop Badalyan yazıb:

“Ukrayna və Gürcüstanın AŞPA-da səs verməsi ümummilli problemə çevrilib. Gerçəkdə isə bu səsvermə ətrafında yaradılan hay-küy Ermənistanın maraqlarına və təhlükəsiziyinə səsvermənin özündən daha çox ziyan vura bilər.
Uzun illər Tiflislə İrəvan arasında belə səsvermələrlə bağlı susqun anlaşma var idi. İrəvan və Tiflis hər bir tərəfin qərarının motivlərini anlayaraq, bu məsələni problemə çevirmirdilər.

Ermənistan və Gürcüstan səsvermə ilə müqayisədə qat-qat vacib məsələləri müzakirə edə bilərdilər - hansı səsvermə ki, kimlərsə onunla bağlı izafi gərginlik yaratmağa çalışır. Məhz bu gərginlik də Ermənistanın maraqlarına və təhlükəsizliyinə ziyan gətirə bilər. Ona görə yox ki, Gürcüstanın qisasından qorxmaq lazımdır. Sadəcə, prioritetləri qiymətləndirmək və anlamaq lazımdır ki, Gürcüstan və Ermənistan bir çox strateji məsələlərlə üzrə mühüm istiqamətlərdir və bunu AŞPA-da səsvermə məsələsinə görə təhlükə altına atmaq olmaz - hansı məsələnin kökündə ki, Gürcüstanın səsverməsi yox, Ermənistanın diplomatik uğursuzluğu dayanır. Bu mövzunu aktuallaşdırmağın hədəfi yalnız bir ola bilər - iki ölkə arasında münasibətlərdə gərginlik yaratmaq. Bu da Ermənistanın maraqları və təhlükəsizliyinə qarşı hərəkət eləmək deməkdir".

***
Lakin erməni analitik rəngləri bir az tündləşdirir. Çünki bütün hallarda Ermənistanla Gürcüstanın əlaqələri çox dərinə işləyə bilməz. Nədən ki, rəsmi Tiflis strateji münasibətlərdə olduğu və təhlükəsizlik baxımından xeyli dərəcədə asılı olduğu Azərbaycan və Türkiyənin maraqlarını ciddiyə almaq zorundadır. Bu da bir faktdır ki, gürcü dövlətinin əsas qarant faktoru elə onun Bakı və NATO üzvü Türkiyə ilə müttəfiqliyidir.

Ayrı sözlə, Ermənistanla Gürcüstanın deyildiyi kimi, hansısa strateji istiqamətlər üzrə ortaq və yaxın olması istisnadır. Ən azından bölgədə erməni və rus işğalının nəticələri aradan qalxmayınca, Ermənistan Rusiyanın siyasi-iqtisadi və hərbi girovluğundan çıxmayınca, nəhayət, Türkiyə, Azərbaycan və Gürcüstana qarşı o, əsassız ərazi iddialarından əl çəkməyincə, belə olacaq. Bunu İrəvanda da çox yaxşı bilirlər.

Söz düşmüşkən, Ermənistanın Gürcüstana qarşı qeyri-dost münasibətinin bir təzahürü də ötən ili Ermənistan parlamentinin spikeri Qalust Saakyanın İrəvanda Cənubi Osetiyanın separatçı rejiminin başçısı Anatoli Bibilovla görüşməsi olmuşdu. Erməni tərəf bunun qeyri-rəsmi görüş olduğunu iddia eləsə də, olay o zaman iki ölkə arasında ciddi diplomatik qalmaqal yaratmış, Ermənistanın Gürcüstandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz bildirilmişdi...

***
Əlavə edək ki, AŞPA-nın qış sessiyasında Ukrayna və Gürcüstanın da dəstəklədiyi Qarabağa dair qətnamə layihəsi cəmi 4 səs fərqli ilə keçməsə də, Sərsəng su anbarı ilə bağlı hazırlanmış sənəd qəbul olunub və ikinci sənəddə də Ermənistan birmənalı şəkildə işğalçı dövlət kimi göstərilib, Azərbaycan ərazilərinin mifik “DQR ordusu” tərəfindən deyil, məhz Ermənistan ordusu tərəfindən zəbt olunduğu qeyd edilib, üstəlik, bu qüvvələrin tezliklə ərazilərimizdən çıxarılması tələb edilib. Erməni tərəfi diplomatik fiasko deyəndə elə bunu nəzərdə tutur.musavat.com


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər