Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Qəbizlik problemi: ondan necə qurtulmaq olar?

Baxılıb: 1458     Tarix: 09-05-2017 10:11   
Qəbizlik problemi:


Qəbizlik həzm sistemi xəstəliklərində ən çox təsadüf olunan şikayətlərdəndir və həkimə müraciət edənlərin 2-20%-ni təşkil edir. Qəbizlik daha çox qadınlarda, yaşlılarda və uşaqlarda rast gəlinir.

Adətən, yaşlılarda sağlamlıqla əlaqəli problemlərin olması, orta yaşlı insanlarda isə fiziki aktivliyin az olması ən çox təsir göstərən səbəblərdəndir. Gün ərzində 3 dəfədən həftədə 3 dəfəyə qədər olan defekasiya normal hesab olunur. Qəbizliyə nəcisin miqdarının az olması, konsistensiyasının quru və bərk olması, defekasiyadan sonra tam boşalma hissinin olmaması xasdır.
Funksional qəbizlik zamanı xəstəlik bioloji baryeri keçmədiyi halda biotənzimləyici terapiyanın ilk iki müalicə sütunundan istifadə olunur:
1. Drenaj və detoksikasiya
2. İmmunomodulyasiya.
Drenaj və detoksikasiya məqsədilə toksinlərin orqanizmdən təbii şəkildə xaric olmasına kömək üçün hidrokolonoterapiya və həzm sisteminin drenaj preparatlarından istifadə olunur.
Xroniki qəbizlik nəticəsində nazik və yoğun bağırsaqlarda, daha sonra isə bütün həzm traktında struktur dəyişikliyi formalaşa bilir.

Bağırsaq - immun sisteminin mərkəzidir. Mədə - bağırsaq traktını requlyasiya etmədən heç bir xəstəlik müalicə olunmur!

Xroniki qəbizliyin kompleks müalicəsində fizioterapevtik prosedurların tətbiqi müalicənin effektini artırır. Bu zaman patoloji prosesin lokalizasiyası, motor-evakuator pozulmasının xarakteri mütləq nəzərə alınmalıdır. Müalicə zamanı aşağı tezlikli impuls cərəyanlarının, yerli darsonvalizasiya, diadinamoterapiya, ultrayüksək tezlikli səs dalğaları, maqnit sahəsi və s. fizioterapevtik metodların istifadə olunması məsləhət görülür. Kompleks müalicədə hidrokolonoterapiya və ozonoterapiya üsullarından da istifadə etmək məsləhətdir.

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində əmək qabiliyyətli əhalinin 30-50%-i, uşaqların isə 5-20%-i funksional qəbizlikdən əziyyət çəkir. Qəbizlik yaşli insanlarda cavanlara nisbətən 5 dəfə çox rast gəlinir.axar.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər