Xəbər xətti
22-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

76 yaşlı sərxoş bələdiyyə sədri polisə hücum çəkdi -NEFTÇALADA

Baxılıb: 2683     Tarix: 14-01-2016 20:58   
Neftçala rayonunun Yeni Qışlaq bələdiyyəsinin sədri, 1940-cı ildə anadan olmuş Orucov İmanxan İsbər oğlu 5 gün əvvəl, yanvarın 9-da özünə məxsus "Mitsubişi" markalı, dövlət nömrə nişanı 47 BD 506 olan avtomobili sərxoş vəziyyətdə idarə edərkən Neftçala Rayon Polis Şöbəsinin DYP müfəttişləri tərəfindən saxlanılıb. Amma bələdiyyə sədri onu saxlamış DYP işçilərinə müqavimət göstərərək, sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırıb.
76 yaşlı sərxoş bələdiyyə sədri polisə hücum çəkdi
Hadisə yerinə çağrılmış post-patrul xidmətinin əməkdaşları İmanxan Orucovu Neftçala Rayon Polis Şöbəsinə gətirdikdən sonra həkim müayinəsi aparılıb və onun içkili vəziyyətdə olduğu təsdiqlənib.

Sumqayitfakt.az-ın Virtualaz.org saytına istinadən əldə etdiyi məlumata görə, bələdiyyə sədri barəsində toplanmış inzibati xəta tərkibli material (maddə 156.1) hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib. Hazırda iş məhkəmənin icraatındadır.

Onu da qeyd edək ki, yerli polis şöbəsi İmanxan Orucovun bu qanuna zidd əməli barədə Neftçala Rayon İcra Hakimiyyətinə də təqdimat göndərib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər