Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Sumqayıtda Nadir Rzayevin xatirəsi anıldı

Baxılıb: 398     Tarix: 15-10-2021 10:25   
Sumqayıtda Nadir Rzayevin xatirəsi anıldı


Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı Məhəmməd Nadir İlqar oğlu Rzayevin anım günüdür.

Sumqayitfakt.Az xəbər verir ki, Rzayev Məhəmməd Nadir 18.11.1994-cü il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 15.09.2020- ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. 

Məhəmməd Nadir Rzayev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. O, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Dəstələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kəşfiyyatçısı olan Rzayev Məhəmməd Nadir 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ön cəbhəyə gedərək Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. Nadir Rzayev son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək, döyüş bölgəsində oktyabrın 15-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalmışdır. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Nadir Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.
Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Məhəmməd Nadir Rzayev İlqar oğlunun məzarına gül dəstələri düzərək şəhidin əziz xatirəsini yad edib.

Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələri,qazilərimizə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.
Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir,ruhu qarşısında qürur və ehtiram hissi ilə baş əydiyini bildirib. 
Bugünümüzü onlara borcluyuq, şəhid və qazi ailələrinin hər zaman yanında olacaqlarını bildiriblər.

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər