Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda DİN Daxili Qoşunlarının şəhid olmuş hərbi qulluqçusunun il mərasimi keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 344     Tarix: 11-10-2021 08:05   
Sumqayıtda DİN Daxili Qoşunlarının şəhid olmuş hərbi qulluqçusunun il mərasimi keçirilib - ŞƏKİLLƏR


Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış DİN Daxili Qoşunlarının hərbi qulluqçusu Sabir Əbdürrəhmanlının  il mərasimi keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general- mayoru Arzu Daşdəmirov, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev və Daxili Qoşunların hərbi qulluqçuları şəhidin məzarını ziyarət edib. Şəhidin məzarı önünə əklil və çiçək dəstələri düzülüb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidin hər bir gənc üçün örnək olan ömür yolundan, eləcə də Vətən müharibəsindəki hərbi əməliyyatlar zamanı göstərdiyi hünərdən danışılıb. Şəhidin ailə üzvləri Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, övladları ilə fəxr etdiklərini, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Sabir Əbdürrəhmanlı 1998-ci il martın 9-da Sumqayıt şəhərində anadan olubAzərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Sabir Əbdürrəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Əbdürrəhmanlı oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

O,  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə çavuş Sabir Əbdürrəhmanlı  ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər