Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıt qəhrəmanları tanımalıdır: 128 gün komada qaldı, 25 yaşına 34 gün qalmış şəhid oldu...

Baxılıb: 3109     Tarix: 04-10-2021 08:50   
Sumqayıt qəhrəmanları tanımalıdır: 128 gün komada qaldı, 25 yaşına 34 gün qalmış şəhid oldu...


Tacəddin İsmayılzadə 2016-cı ildə ali təhsilini dondurub həqiqi hərbi xidmətə yola düşür. Aprel döyüşlərində iştirak edir. Döyüşlər zamanı general-mayor Polad Həşimovun şücaətlərinə şahidlik edir və ona böyük rəğbəti yaranır. Ötən ilin iyulunda generalın şəhid olduğunu eşidəndə isə düşmənə bəslədiyi nifrətdən doğan qisas hissi alovlanır. Generalın cənazəsini qarşılayandan sonra cəbhəyə könüllü getmək üçün hərbi komissarlığa yollanır. Vətən müharibəsi başlayanda isə sentyabrın 29-da ön cəbhəyə yola düşür. Oktyabrın 8-dən 9-na keçən gecə Füzuli uğrunda gedən ağır döyüşlərdə başından beş qəlpə, bir güllə yarası alır. 128 gün komada qalan Tacəddin 2021-ci il fevralın 12-də, 25 yaşına 34 gün qalmış şəhidlik zirvəsinə ucalır. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra "Cəsur döyüşçü”, "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunur.

Vətən müharibəsi şəhidi İsmayılzadə Tacəddin Vüqar oğlu 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin biologiya fakültəsinə daxil olsa da 2016-cı ilin yanvarında akademik məzuniyyət götürərək həqiqi hərbi xidmətə yola düşür. Aprel döyüşləri başlayanda Tacəddin 4 ayın əsgəri idi. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edir. Hərbi xidməti fərqlənmə ilə bitirir.

Şəhidin anası Aygün Məmmədova övladı barədə qürurla danışır. Nə qədər çətin olsa da, ana övladından danışmaqdan doymur: "Tacəddin çox sakit, cəsur, mehriban, Vətənini, millətini sevən, böyük-kiçik yeri bilən, ailəcanlı oğul idi. Onu tanıyanların böyük hörmətini qazanmışdı. Aprel döyüşləri zamanı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun necə mərd, vətənpərvər, xeyirxah bir insan olduğuna şahid olmuşdu. Polad Həşimova xüsusi sevgisi və rəğbəti var idi. Hərbi xidməti başa vurandan sonra təhsilini davam etdirmək üçün vəsait toplamaq istəyirdi. Bu məqsədlə qardaşı ilə Türkiyəyə işləməyə getmişdi. Tovuz döyüşləri dövründə Tacəddin evə məzuniyyətə gəlmişdi. General-mayorun şəhadət xəbərini eşidəndə çox sarsıldı. Oğlum yerində qərar tuta bilmirdi. Sumqayıt sakinləri mərhum generalın cənazəsini adına layiq formada qarşıladı. Tacəddin də həmin şəxslər arasında idi. Ondan sonra məlum olduğu kimi hər kəs generalın qisasını almaq üçün döyüşə can atırdı, gənclər hərbi komissarlığa axışırdılar. Tacəddin də hərbi komissarlığa müraciət edərək döyüşlərə könüllü yazıldı.

Sentyabrın 27-də müharibə başladı. Döyüşlərə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Sentyabrın 29-da birbaşa ön xəttə yola düşdü. Bir ana kimi çox narahat idim. Müharibənin ilk iki günündə şəhid xəbərləri ürəyimi yaralamışdı. Son dəfə evdən çıxanda ağladım, birdən şəhid olsan neyləyərəm dedim? Güldü, "nə sən mənə qorxaq kimi gizlənməyi yaraşıdırarsan, nə də mən bunu edərəm. Şəhidlik uca zirvədir. Şəhid olsam, peyğəmbər ayağı altında dəfn olunmuş kimi olaram”, dedi. Tacəddin Ağdam, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzuli istiqamətində qızğın döyüşlərdə başından 5 qəlpə və bir güllə yarası alıb. Oktyabrın 9-dan 14-dək Füzulidə hospitalda müalicə aldı. Oktyabrın 14-də vəziyyəti ağır olduğundan Bakıya gətirildi. Müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirildi. Tacəddinin beyni çox ciddi xəsarət almışdı, ağciyərləri yaralı idi, ödü, kor bağırsağı, mədəsi çıxarılıb yerinə trubka taxılmışdı. Yenə də ümidimi itirmədim. Xalqımız da mənimlə bərabər dua edirdi. Beyin ölümü keçirmişdi, amma yenə nə vaxtsa, möcüzə olacağına inanırdım. Ta ki, fevralın 12-si günorta saat 3 radələrinə qədər... Tacəddinin ürəyi dayandı dedilər. İnanmadım, nə qədər səsləsəm də oğlum ayılmadı, şəhid oldu. Fevralın 13-də qəhrəman oğlumu Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırdım”.

A.Məmmədova bir şəhid ailəsi kimi dövlət dəstəyindən razılığını ifadə edib: "Övladım şəhid olandan sonra dövlət bizdən qayğısını əskik etmədi. Səlahiyyətli qurumların nümayəndələri də tez-tez maraqlanırlar. Sumqayıtda 19 nömrəli yataqxanada qalırdıq. Ötən ay elə Sumqayıt şəhərində yerləşən "Stansiya Sumqayıt” yaşayış massivində ikiotaqlı mənzillə təmin olunduq. "YAŞAT” Fondu da tibb istiqaməti üzrə ehtiyacımızı qarşılamaq üçün 2500 manat vəsait ayırdı. Övladım komada olan müddətdə tibb işçiləri də əllərindən gələni etdilər, oğlumun qulluğunda canla-başla durdular. Bizim üçün nə qədər ağır olsa da, hər dəfə övladlarımızın məzarında tər çiçəklər görəndə təsəlli tapırıq ki, xalqımız öz qəhrəmanlarını unutmur, onlara dəyər verir. Bir şəhid anası kimi hər zaman hörmətlə yanaşırlar. Buna görə də hər kəsə minnətdaram. Övladlarımızın qisasının alınması və torpaqlarımızın azad edilməsi şəhid ailələrinə az da olsa təskinlik verir”. 

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər