Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - AÇIQLAMA

Baxılıb: 4104     Tarix: 11-09-2021 11:31   
"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur" - AÇIQLAMA

"Son zamanlar məqsədli şəkildə yalnış bir fikir yayılır ki, sülhməramlıların bölgədən çıxması üçün Ermənistan da razılıq verməlidir".

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkili 10 noyabr Bəyanatının 4-cü maddəsini xatırladıb:

"Orada açıq mətnlə yazılıb ki, kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri xitam istəyi ilə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Yəni, tərəflərdən biri kimi Azərbaycanın xitam niyyəti kafidir.

İkincisi, sülhməramlılar Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşib və Ermənistanın bizim ərazilərimiz daxilində hər hansı proseslə bağlı söz hüququ ola bilməz. Bu mənada "tərəflər" ifadəsi Ermənistanı yox, Rusiya və Azərbaycanı ehtiva edir”.

B.Məhərrəmovun sözlərinə görə, necə ki, ərazi sahibi kimi bizim sülhməramlıları 5 ilin tamamında çıxarmaq hüququmuz var, eləcə də Rusiyanın da burada daha 5 il qalmamaq, yəni müddət bitən kimi çıxmaq hüququ var:

"Yəni, istənilən halda sülhməramlıların bölgədə mövcudluğu müvəqqətidir. Nə qədər gec deyil, kontingentin yeni komandanlığı da, Rusiyanın bəzi dairələri də bunu anlamalıdır. Əks halda rəsmi Moskva bölgədə nüfuzunu əhəmiyyətli dərəcədə itirə bilər”.sfera.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər