Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi Milli Qəhrəman Polad Həşimovun ailəsini ziyarət ediblər -ŞƏKİLLƏR

Baxılıb: 3123     Tarix: 25-08-2021 10:07   
Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi Milli Qəhrəman Polad Həşimovun ailəsini ziyarət ediblər -ŞƏKİLLƏR


Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun ailəsini ziyarət edib.

Sumqayitfakt.Az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, İdarənin Abşeron rayonu üzrə nümayəndəsi lham Manafov, məsləhətçi Ceyran Həsənova, Abşeron rayon Mədəniyyət mərkəzinin direktoru v.m.i.e Samirə Qafarova 2020-ci il iyul ayında Tovuz rayonu ətrafında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun yaşadığı evdə onun ailəsini ziyarət ediblər.

Şəhidin anası Səmayə Həşimova, qardaşı İlham Həşimov vətəninə sonsuz sevgi bəsləyən Polad Həşimov haqqında xatirələrini bölüşüblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev qeyd edib ki, Azərbaycanın bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, ən böyük şərəf və qürur zirvəsi olan – müqəddəs Şəhidlik zirvəsinə ucalmış general-mayor Polad Həşimovun həyat və döyüş yolu nəsillərə örnəkdir və onun xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.



Sonra çıxış edən şəhid anası Ceyran Həsənova "Şəhid anası” adının hər adama qismət olmadığını, nə qədər acı olsada bu adı daşımağın fəxr hissi olduğunu vurğulayıb.
Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən Polad Həşimovun yağlı boya ilə çəkilmiş portreti xatirə olaraq ailəsinə hədiyyə olunub.



Şəhid generalımızın ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Vətən, torpaq uğrunda canından keçən şəhidlər heç zaman unudulmur, onlar qəlbimizdə əbədi yaşayır!

Uca Tanrıdan Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün Şəhidlərimizə rəhmət diləyirik!

Sumqayitfakt.Az







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər