Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Məlahət Yusifqızı: "Sənsizlik məhv edir məni" Sumqayıtlı Aprel şəhidi Əbdülməcid Axundova

Baxılıb: 3505     Tarix: 23-07-2021 13:11   
Məlahət Yusifqızı: "Sənsizlik məhv edir məni" Sumqayıtlı Aprel şəhidi Əbdülməcid Axundova
Məlahət Yusifqızı


"İlk olaraq Şəhid anası Ceyran xanım Həsənovanın (Axundova) oğlu aprel Şəhidi Əbdülməcid Axundov haqqında paylaşdığı qarşıma çıxdı: -Sənsizlik məhv edir məni!
Yaddaşım bu fikrə, bu naləyə kökləndi və bu şeir yarandı.
Bütün şəhidlərimizin timsalında Əbdülməcid Axundov-a"


Sumqayitfakt.Az xəbər verir ki, bu fikirləri tanınmış şair, AYB-nin üzvü, prezident təqaüdçüsü, Abşeron mərkəzləşdirilmiş kitabxananın drektoru Məlahət Yusifqızı deyib.

Sənə övlad ağrısı yaşatdığım üçün, o böyük ürəyində
ocaq yandırdığım üçün məni bağışla, Ana!
Aprel şəhidi Əbdülməcid Axundov


Qeyd edək ki, Əbdülməcid Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub.
Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Şəhidlik zirvədi, bala!
Həm zirvə, həm uca qala.
Çıxdın bir müqəddəs yola,
Gözləmədin duman-çəni.
Sənsizlik məhv edir məni!

Vətən demək, - ər işidi,
Ər –oğulun hər işidi.
Hər yolda hünər işidi,
Hər işdə hünərdi, yəni,
Sənsizlik məhv edir məni!

Qəhrə aman verməz şəhid,
Qəhrəmandı, ölməz şəhid.
Gözü qorxu görməz şəhid!
Rəhmətin var qəni-qəni,
Sənsizlik məhv edir məni!

Ayrılıqlar məni əzdi,
Əl çatmadı, gözüm gəzdi.
Aparan yol dözülməzdi,
Qaytarıb, gətirmir səni,
Sənsizlik məhv edir məni!

Şöhrətin var qucaq-qucaq,
Yerə, nə Göyə sığacaq.
Sıxır məni hər künc-bucaq,
Məni də torpaq udacaq.
Əlçatandı bolu, geni.
Sənsizlik məhv edir məni!

Məlahət Yusifqızı
Xırdalan şəhəri, 23.07.2021.

Vüsal Ağa

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər