Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Şəhid Orxan Rəhimlinin ailəsi ilə MÜSAHİBƏ

Baxılıb: 3373     Tarix: 16-07-2021 01:40   
Şəhid Orxan  Rəhimlinin ailəsi ilə  MÜSAHİBƏ


Sumqayitfakt.Az-ın əməkdaşlarının Laçın rayonunda yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Orxan Elxan oğlu Rəhimlinin ailəsi ilə apardığı müsahibəni təqdim edirik:

- Şəhidimiz Orxan Rəhimli haqda bizə qısa bir məlumat verərdiz.

- Atası: Oğlum 1992-ci ildə Sumqayıt şəhərində doğulub. Orta təhsilini Laçın rayonu Firuzəddin Cəfərov adına məktəbdə alıb. 2014-cü ildə ailə həyatı qurmuşdu. 1 qız, 1 oğlan övladı var, Hüseyn və Pəri

- Evin tək oğlu idi. Necə oldu ki, hərbini seçdi və siz müdaxilə etmədiniz, demədinizmi sən evin tək oğlusan, bizi qoyub getmə.

- Anası: Biz çox desək də, hökmən hərbçi olacağını israr etdi. Vətənə xidmət etməliyəm, torpaqlarımız işğal altındadır. O, hərbi peşəni çox sevirdi, nizam-intizamlı idi, ona görə də bu yolu seçdi.

- Həqiqi hərbi xidmətinə harda başlayıb?

Həyat yoldaşı: Cəlilabad şəhərində yerləşən N saylı hərbi hissədə Vətənə xidmət borcunu yerinə yetirib. O hərbi xidməti başa vurduqdan sonra Quba texniki Kollecində "Yol hərəkətinin təşkili" ixtisası üzrə təhsil almışdır. 2014-cü ildə özü könüllü şəkildə Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi işə götürüldü. O gündən bu günə komandirlərinin bütün tapşırıqlarını laiqincə yerinə yetirib. Aprel döyüşlərində iştirak edib, öz xidmətini uğurla həyata keçirmişdi.
İkinci Qarabağ müharibəsi başlayanda 27 sentyabr 2020-ci ildə ön cəbhədə olub. Müharibə zamanı Orxan sürücü kimi xidmət edirdi. Hərbi maşınla gedəndə ermənilər onun apardığı topu vurmuşdu. Top dağılmışdı, Orxan isə ərazidən uzaqlaşa bilmişdi. Şuşaya qədər döyüşmüşdü.

- İkinci Qarabağ müharibəsində hansı bölgələrdə döyüşüb?

- Həyat yoldaşı: Yoldaşım ikinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Laçın, Kəlbəcər və Şuşada gedən döyüşlərdə qəhrəmancasına döyüşüb.
Ali Baş Komandan İlham Əliyev Orxanı müharibədə iştirakına və rayonların işğaldan azad edilməsində göstərdiyi şücaətə görə medallarla təltif edib.

- Şəhidimiz orta təhsilini Laçın rayonunda alıb dediniz. Niyə məhz Laçın?

- Anası: Orxan Laçın dağlarını çox xoşlayırdı. Ona görə də orta təhsilini Laçın rayonunda alıb.
Həmişə deyirdi, Vətənə borcumu da Laçında verəcəm və xidmətimi bitirəndən sonra da burada qalacağam. Bundan sonrakı həyatını Laçında davam etdirmək istəyirdi.
Həmişə arzusu elə xidmət etdiyi Laçında ailəsi ilə birgə yaşamaq idi.
Müharibədə olanda hər gün zəng edirdim. Deyirdim, bala, özündən muğayat ol. Narahat olma, hər şey yaxşı olacaq, müharibəni udacağıq , deyirdi. Allahın əcəli gəlib apardı. Əslən Qubadlının Qiyaslı kəndindənik. Biz köçkün yaşamağın nə olduğunu bilirdik. Ona görə də Azərbaycanın hər qarışının azad olunmasına görə sevinirdik. Orxanın daha çox Laçın xoşuna gəlirdi, xidmətini başa vurandan sonra da orada yaşayacağını bildirirdi. Son nəfəsini də Laçında verdi.

- Orxan Rəhimlinin qəzaya düşməsinin təfərrüatları haqqında bizə məlumat verərdiz.

- Anası: 28.06.2021-ci il tarixində Laçın rayonu ərazisində hərbi hissə komandirinin əmrini icra edərkən "Kamaz" markalı hərbi yük avtomobilində Laçının dağ yolu ilə gedirmişlər. Bir döngə olub, onu dönə bilməyiblər, yuvarlanıb dərəyə düşüblər. Maşında olan hər iki hərbçi - Orxan və Coşqun yerindəcə keçiniblər. Komandirinin dediyinə görə, maşın üzü üstə aşıbmış. Onu çox çətinliklə yuxarı qaldırıblar. Hərbçilərin meyitlərini isə Füzulidə yerləşən xəstəxanaya aparıblar. Onun rəngi sinəyə qədər qapqara qaralmışdı. Bütün bədəni əzilmişdi”.

- Bildiyimiz kimi Orxan Rəhimli qəzada şəhid olub. "Şəhid statusu"nu almaq sizə çətin oldu?

- Anası: Xeyir! Biz Müdafiə Nazirliyinə müraciət etdik. "Müdafiə Nazirliyindən bizə dedilər ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğluna şəhid statusu veriləcək"
Sumqayıt Şəhidlər Xiyabanında dəfn etdik.

- Allah rəhmət etsin. Ruhu şad olsun. Allah sizlərə səbr versin. Ruhu qarşısında baş əyirik.

- Atası: Çox sağ olun. Allah bütün şəhidlərimizə səbr versin. Vətən sağ olsun!

Söhbətləşdi: Ruslan MəmmədovVüsal Ağa.
Sumqayitfakt.Az













Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər