Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Bu gün "Murov Qartalı" Raquf Orucovun və Seymur baxışovun doğum günüdür

Baxılıb: 3267     Tarix: 12-07-2021 11:42   
Bu gün "Murov Qartalı" Raquf Orucovun və Seymur baxışovun doğum günüdür


Bu gün aprel şəhidimiz polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun və Seymur Baxışovun doğum günüdür.

"Murov qartalı” ləğəbi ilə tanınan R.Orucov 1972-ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində anadan olub. R.Orucov Murovdağda kəşfiyyat komandiri olub. Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan R.Orucov aprelin 5-də Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Şəhid polkovnikimizin Aqşin və Nihat adında iki oğlan övladı yadigar qalıb.

Sumqayitfakt.Az bildirir ki, şəhid polkovnikimizin qardaşı Amil Orucov 49 yaşı tamam olan qardaşının heç vaxt doğum günü keçirmədiyini deyib:

"Raqufun şəhid olmasından sonra bu artıq altıncı doğum günüdür. Bu gün həm də Sumqayıtdan olan şəhid gizirimiz Seymur Baxışovun da doğum günüdür.



Raquf ömrü boyu səngərdə olub. 1990-cı ildən bu yana biz onu üst-üstə heç bir il görməmişik. O, şəhid olandan sonra biz onun haqqında nələrisə bildik. Özü heç nə danışan deyildi, ancaq döyüşçü yoldaşları onun haqqında bilir. Raquf doğum gününü həmişə səngərdə keçirib. Ağdam işğal olunan zaman dayım və anam da şəhid oldu. Onda Raquf könüllü döyüşçü idi, sonradan təhsil alıb xidmətinə davam etdi.

Hər il qardaşım Raqufun doğum günündə Sumqayıt sakinləri, müəllim və şagirdlər, müxtəlif iş adamları məzarını ziyarət edirlər və dərin hüznlə anırlar.
Bu gün də gördüyünüz kimi hamı Raqufun məzarı ətrafına toplaşıb.
Hamı Raqufu sevir və mən qardaşımla fəxr edirəm”.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər