Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda şəhid Ülvi Məhərrəmovun xatirəsi anılıb - FOTO

Baxılıb: 4295     Tarix: 06-07-2021 14:33   
Sumqayıtda şəhid Ülvi Məhərrəmovun xatirəsi anılıb - FOTO


İyulun 5-də şəhid Məhərrəmov Ülvi Tahir oğlunun doğum günüdür. Yaşasaydı 24 yaşı tamam olacaqdı.

Bununla əlaqədar bu gün Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əvvəlcə Şəhidin ailəsi ilə görüş keçirilib, daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarına ziyarət edilib və gül dəstələri qoyulub.

Sumqayitfakt.Az xəbər verir ki, ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə iş üzrə şöbənin müdiri Emin Əliyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.
Əvvəlcə Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxuyub.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd edib ki, cəmi 44 gün ərzində Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxartdı, böyük səbir, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Bütün xalqımız əmindir ki, Azərbaycanın müstəqilliyini qoruyan, möhkəmləndirən, əbədi edən müzəffər sərkərdəmiz, Prezidentimiz nəyi, nə zaman və necə edəcəyini gözəl bilir.
Şəhidlərimiz heç vaxt unudulmur, biz hər birimiz onlara borcluyuq. Tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacağıq.
Daha sonra Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Qubadlı rayonunun Sarıyataq kənd sakini Məhərrəmov Ülvi Tahir oğlu 05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2012-ci ildə Mahruzlu kənd tam orta məktəbinin 9-cu sinfini bitirmiş və Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş, 2015-ci ildə bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı bitirib leytenat hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur,
2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur.
Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 14 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Sumqayıt şəhər "Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvi Tahir oğlu ölümündən sonra "Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Subay idi.
Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər