Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb

Baxılıb: 242     Tarix: 07-06-2021 15:35   
Ümumdünya Mətbuat Şuraları Assosiasiyası jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb

Tərkibində Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyası AZTV-nin operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı bəyanat yayıb.

Sumqayitfakt.Az xəbər verir ki, bəyanatda bildirilir:

“2021-ci il iyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı – AZTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov mina partlayışı nəticəsində həlak olublar. Bu hadisə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərəfindən təəssüf və kədərlə qarşılanıb. Hər iki media təmsilçisinin doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk.

Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır. Çünki jurnalistlərlə birgə hücuma məruz qalan sözdür. Cəmiyyətin informasiya almaq hüququna qarşı sipər çəkilməsi tərəfimizdən hiddətlə qarşılanmaqdadır. Sirac Abışovun Məhərrəm İbrahimovun həyatlarını itirmələrini məhz belə qiymətləndiririk. Bu qorxunc əməli törədənlərin tezliklə layiqli cəzalarını almalarını diləyirik. Bunun üçün isə beynəlxalq ictimaiyyətin məsələyə ciddi reaksiya verməsinə ehtiyac var.

Bizdə olan məlumata görə, Azərbayanın işğaldan azad edilmiş torpaqlarında minalanmış ərazilər problemi xeyli dinc şəxsin həyatına son qoyub. O da məlumdur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. M.İbrahimovunS.Abışovun həlak olmaları göstərdi ki, jurnalistika da yaranmış xoşagəlməz durumdan zərər görür. Hər iki media təmsilçisi Kəlbəcərə özlərinin peşə vəzifələrini yerinə yetirmək üçün getmişdilər.

Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyətə, media qurumlarına müraciət edir və bildiririk ki, 21-ci əsrdə bütövlükdə insanlığa qarşı yönəlmiş belə hərəkətlərin aradan qalxması üçün ciddi həmrəylik nümayişinə ehtiyac var. M.İbrahimovun, S.Abışovun, eləcə də mina partlayışından həlak olmuş digər Azərbaycanlıların faciəli aqibəti hər kəsə siqnal olmalıdır. Hər kəs şüurlu şəkildə dərk etməlidir ki, Ermənistana mövcud istiqamətdə təzyiqin göstərilməsi şərtdir. Bizim üçün əsas olan xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin təhlükəsizliyidir. Çox arzu edərdik ki, bu təhlükəni yaradan problemə həssas yanaşılsın, onun aradan qaldırılmasındakı bütün üsul və vasitələrdən istifadə edilsin”.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasını sədri Əflatun Amaşov hazırda Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavinidir.
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər