"Şuşada kilsənin dağıdılmasının Ordumuzun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur" - MN
Baxılıb: 4304 Tarix: 08-10-2020 18:30

Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.
loading...
Ən çox oxunanlar