Putin: “Qarabağ münaqişəsinin son həlli hələ çox uzaqdadır”
Baxılıb: 4345 Tarix: 07-10-2020 13:09

Dağlıq Qarabağdakı münaqişənin son həlli hələ çox uzaqdadır, lakin indi atəşi dərhal dayandırmaq lazımdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin münaqişənin kəskinləşməsinə münasibət bildirərkən deyib.
Putin Dağlıq Qarabağda baş verənləri faciə adlandırıb və orada baş verənlərdən "narahat olduğunu" etiraf edib.
"İnsanlar ölür. Ümid edirik ki, qarşıdurma yaxın gələcəkdə bitəcək”, - Putin deyib.
"Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır", - Putin əlavə edib./qaynarinfo
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar