Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu

Dilqəm ailəsinə məktub göndərdi: "Hər şeydən xəbərim var"

Baxılıb: 3137     Tarix: 05-10-2020 15:32   
Dilqəm ailəsinə məktub göndərdi: "Hər şeydən xəbərim var"


Kəlbəcər girovu Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında girovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, sentyabr ayının əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya üzrə nümayəndələri atasına baş çəkiblər. Onu ərzaqla təmin edib və yazdığı məktubu ailəsinə gətiriblər.

"Həmin məktubda atam müəmmalı məqamlara toxunub. Bildirib ki, hər şeydən xəbəri var, ona görə narahat olmayaq: "Bakı, Yeravan, Rusiya, Goranboy xəbərlərinə qulaq asıram. Hər şeydən xəbərim var. Mənə görə narahat olmayın. Altda qalanın canı çıxsın" .

K. Əsgərov Azərbaycan əsgərlərinin tezliklə atasını azad edəcəyinə inandığını deyib.

"Yaxın zamanlarda şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Kəlbəcərə bayrağımızı sancacağı günü görəcəyik. Ordumuz tarix yazır. Gözəl qələbəmiz münasibəti ilə Ali Baş Komandanı, ordumuzu, xalqımızı təbrik edirəm. Atamın azad ediləcəyi günü gözləyirəm. Əminəm ki, əsgərlərimiz, zabitlərimiz atamın qapısını açacaq”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər