Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu

Lavrovun 5 rayon təklifi qəbuledilməzdir - AÇIQLAMA

Baxılıb: 4138     Tarix: 23-09-2020 19:40   
Lavrovun 5 rayon təklifi qəbuledilməzdir - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib ki, Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.

Rusiyanın XİN rəhbərinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Rəsmi Moskva tərəfindən Azərbaycanın işğal altında olan cəmi 5 rayonunun qaytarılması ilə bağlı səslənən fikirlər digər ərazilərin Ermənistanın işğalında qalmasına rəvac verməməlidir. Sumqayitfakt.Az-ın məlumatına görə, poltoloq Qabil Hüseynli də BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycan tərəfi 5 rayonun qaytarılması təklifi ilə razılaşa bilməz:

"Həm ABŞ, həm də Avropa ölkələri hesab edir ki, Dağlıq Qarabağın ətrafında bütün işğal edilmiş rayonlardan Ermənistan qoşunları çıxmalıdır. 7 rayonun azad edilməsi isə gündəlikdə olsa, müvəqqəti məqbul variant kimi qəbul edilə bilər.

Rusiyanın bölgəyə sülhməramlı qüvvələrinin gətirilməsini irəli sürməsi ürəyi bulandıran bir şeydir. Biz heç zaman deməmişik ki, azad olunmuş bölgəyə sülhməramlı qüvvələr gətirilsin. Sülhməramlı qüvvələr gətirilsə, Rusiya KTMT-dən ibarət ordunu ora yerləşdirəcək. Bu isə çox təhlükəli haldır.

Sergey Lavrovun söylədikləri qəbuledilməzdir. Azərbaycan torpaqları heç bir şərt olmadan azad olunmalıdır. İlkin mərhələdə Azərbaycan 7 rayonun azad edilməsinə razı ola bilər. Sonrakı mərhələdə isə Dağlıq Qarabağın statusu ətrafında müzakirələr aparıla bilər. Biz Dağlıq Qarabağa Azərbayacanın suverenliyi altında ən yüksək və dünyada misli görünməyən muxtariyyat təklif edə bilərik.

Cənubi Qafqazda vəziyyət artıq dəyişir. Türkiyə artıq bu regiona qayıtmaq və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında iştirak etmək istəyir. Rusiyanın hazırki təklifi status-kvonu qorumaq istəyindən xəbər verir. 5 rayon məsələsinin Sergey Lavrovun dilindən səsləndirilməsi hər hansı hüquqi qiymətə malik deyil".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər