Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Generalımız hansı şəraitdə şəhid olub? - Təfərrüatlar

Baxılıb: 4752     Tarix: 15-07-2020 10:30   
Generalımız hansı şəraitdə şəhid olub? - Təfərrüatlar

"Təəssüflər olsun ki, bizim general rütbəli şəhidimiz var. General Polad Həşimov Aprel döyüşlərində də ön cəbhədə əsgərlərlə bir səngərdə idi. Bu onu göstərir ki, Azərbaycan ordusunun generalları qaynar ocaqlarda və səngərlərdə olmaqdan çəkinmirlər. Azərbaycan generalları kabinet generalları deyil. Onlar zabit vaxtlarından səngərlərdə xidmət edərək, düşmənlə üzbəüz tapşırıqları yerinə yetirməklə yüksəliblər”.

Sumqayitfakt.Az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında sabiq korpus komandiri Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan əsgərləri heç vaxt köməksiz, rəhbərsiz olmayıb: "Rütbəsindən, vəzifəsindən asılı olmayaraq Azərbaycanın böyük çinli şəxsləri, komandirləri daim qaynar nöqtələrdə, postlarda olub, əsgərlərə və şəxsi heyətə dəstək veriblər. Vəziyyəti öz gözləri ilə görüb, qiymətləndirib lazımi tapşırıqlarını veriblər. Hər hansı yüksək rütbəli hərbçinin təhlükəli vəziyyətdə səngərdə olması şəxsi heyətin ruh yüksəkliyinə çox böyük təkan verir.

Məlumdur ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da mütəmadi cəbhə bölgəsində ön xəttə olur və müşahidə məntəqələrindən o əraziləri izləyir. Eyni zamanda Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev də bu yaxınlarda cəbhə bölgəsinə baş çəkib. Cəbhə bölgəsi, səngərlər, ön xətt istər Müdafiə Nazirliyinin rəhbərliyi, istərsə də birləşmə komandanlığı üçün tez-tez gedilən yerdir”.

Şair Ramaldanov qeyd edib ki, döyüş ərəfəsində cənab general da o istiqamətdə postda əsgərlərin yanına vəziyyəti öyrənmək üçün gedibmiş: "Bu zaman düşmənin artilleriya atəşinə tuş gələrək şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

O, tək deyildi, onunla bərabər birləşmədən olan bəzi yüksək rütbəli zabitlər də var idi. Müharibə, döyüş vaxtı hər şey ola bilər. Bu onu göstərir ki, Azərbaycan generalı hər an əsgərin, şəxsi heyətin yanında olaraq hətta canı bahasına öz vəzifə borcunu yerinə yetirməyə qadirdir”.



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər