Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"Mədəni məmur" öz restoranını fontana qədər böyütməklə piyadaların da yolunu zəbt edib

Baxılıb: 3189     Tarix: 11-05-2020 14:35   
"Mədəni məmur" öz restoranını fontana qədər böyütməklə piyadaların da yolunu zəbt edib
Zakir Sultanov

Cümə günü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov hər gün hər gün yeni-yeni məlumatlar ortaya çıxır. Məlum olur ki, o, tutduğu vəzifədən dövlətin mədəni irslə bağlı siyasətini düzgün icra etməli olduğu halda ölkə rəhbərliyinin xüsusi həssaslıqla yanaşdığı tarixi memarlıq abidələrinin məhvinə yumşaq desək, göz yumub. Hətta bir çox hallarda vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək özünün şəxsi maraqlarını həyata keçirib.

Sumqayitfakt.Az xəbər verir ki, Zakir Sultanov saxlanılan gün haqqın.az saytındakı məqalədə Bakıda XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid bir sıra memarlıq nümunələrinin müxtəlif bəhanələrlə sökülməsindən, yerində şəhərin tarixi memarlıq ənənələrinə uyğun gəlməyən tikililərin ucaldılmasından bəhs olunur. Bildirilir ki, Gəncədə, Oğuzda, Bərdədə və digər yerlərdə tarixi abidələrin sıradan çıxarılması, məhv edilməsi məhz ölkənin mədəni irsinin qorunmasına cavabdehlik daşıyan Zakir Sultanovun səhlənkarlığı, bəzi hallarda isə çinayətkar münasibəti nəticəsində mümkün olub.

Dövlət mühafizəsinə ehtiyacı olan çoxsaylı tarixi abidlər – xalqın mənəvi sərvətləri əsassız şəkildə Mədəniyyət Nazirliyinin müvafiq reyestrindən çıxarıldıqca Zakir Sultanovun şəxsi sərvəti günbəgün artırmış…

Mədəniyyət Nazirliyinin bütün tikinti işlərinə nəzarət əlində olduğu üçün onun çox yerdə sözü keçir, hörməti saxlanılırdı. Təsadüfi deyil ki, paytaxtın Fəvvarələr meydanı ətrafında və “Torqovı” adlanan ərazidəki bütün ictimai iaşə və xidmət obyektlərinə əlavə edilən və gediş-gəlişə mane olan atrırma və şüşəbəndlərin ləğvi barədə verilən qərar Zakir Sultanova məxsus “Casual Brasserie” kafe-barından yan keçib. Təkcə bu fakt şəhərin memarlıq ənənələrinin qorunmasına cavabdehlik daşıyan Zakur Sultanovun özü dövlətin bu ənənələrinə, hökumətin müvafiq qərarlarına zidd hərəkət etdiyinin bariz nümunəsidir.

Bu azmış kimi, ərazinin memarlıq görkəmini korlayan və şəhərin ən izdihamlı meydanının bir tərəfini zəbt edən kafe-barın sahibi qonşuluqdakı obyekt sahiblərinə qarı kobudluq və sayğısızlıq edib. Oliqarx-məmur hətta bəzilərini daha ciddi tədbirlərlə hədələyib. Belə ki, binanın meydana açılan və ümumi istifadədə olan giriş-çıxışını az qala ərazidə yerləşən fontana qədər ələ keçirərək buraya sədd çəkdirib. Fontanla binanın arasındakı ərazini zəbt etdikdən sonra isə ümumi qapıdan istifadədə olan giriş-çıxış qapısını qonşuların üzünə bağlayıb və onları özlərinə gediş-gəliş üçün başqa yol axtarmaq məcburiyyətində qoyub.

"Mədəni məmur" öz restoranını fontana qədər böyütməklə piyadaların da yolunu zəbt edib


Bu yerdə bir qeydi də xatırlatmağa dəyər: bir bloklu üçmərtəbəli binadakı faktiki yaşayış sahələrini pulla alıb sakinləri köçürdən Zakir Sultanov sahibi olduğu restoranın ərazisini genişləndirmək naminə qonşularla konfliktə getməkdən də çəkinməyib. Hələ onun sahibi olduğu restoranın üzərindəki mənzilləri bir dövlət məmuru olaraq hansı pulla aldığını, sakinləri hansı şərtlər əsasında köçürdüyünü, şəhərin ən bahalı zonasında yerləşən kafe-barını birdən-birə üçmərtəbəli obyektə necə çevirdiyini demirik. Hərçənd həmin ərazidə torpaq sahəsinin və mənzillərin bazar qiymətləri də hər kəsə bəllidir.

Bakı memarlığının “qəbirqazanı”...

İndi isə DTX bu oliqarx-məmurun özünün “qapısını bağlayıb”. Zakir Sultanov saxlanılması xəbəri rəsmi təsdiqini tapdıqdan dərhal sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi dağıdıcılıq fəaliyyəti barədə ən mötəbərli mənbələrdən çoxli məlumatlar tirajlandı. Həmin məlumatlarda Zakir Sultanov Bakı memarlığının “qəbirqazanı” kimi təqdim olunur. Bildirilir ki, həm də tikinti sahəsini kurasiya edən Z.Sultanov yüksək vəzifəli şəxslər və icra hakimiyyəti başçıları ilə sövdələşməyə gedərək köhnə Bakıda dövlət mühafizəsi altında olan bənzərsiz memarlıq binalarının dağıdılmasında xüsusi rol oynayıb.

Xalqımızın milli mənəvi dəyərlərinə, paytaxtdakı və bölgələrdəki memarlıq incilərinə göstərdiyi dağıdıcı münasibətə görə vaxtaşırı medianın diqqət mərkəzində olan Zakir Sultanovun adı Bakıda bir neçə məşhur tarixi binaların sökülməsinin əsas səbəbkarı kimi çəkilir. Buraya Bakının ilk neft bumu zamanı tikilmiş əfsanəvi “Həkimlər evi”, 1900-cü ildə Yusif Məmmədəliyev küçəsində tikilmiş “Atlantlı ev” də daxildir. Halbuki hər iki bina şəhərin tarixi mərkəzinin tikintisinin fəal elementlərindən biri kimi çox məşhur idi. Mənzərəli kompozisiya, memarlıq kütlələrinin proporsional bölünməsi, order sistemi elementlərinin bacarıqla paylaşdırılması, incəsənət sahələrinin sintezi və interyerlərinin zənginliyi hər iki binanın memarlıq abidəsi kimi Bakıdakı tarixi əhəmiyyətli tikililərin ən yaxşı nümunələri hesab olunurdu.

2008-ci ildə məşhur “Atlantlı ev”in sakinlərinin köçürülməsinə başlanıb. Mədəniyyət və Turizm Nazirliyinin “Bərpa-tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyi”nin direktoru vəzifəsində çalışan Zakir Sultanovun Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləməyə başlamışdı. Həmin vaxt “Atlanlı ev”in köçürülməyə səbəb kimi binanın bərpası göstərilib. Bu, Bakıda böyük rezonansa səbəb olduğundan “bərpa” işləri iki il müddətinə dondurulub və 2010-cu ilin əvvəllərində “Atlantlı ev” sökülərək Bakının tarixi memarlıq inciləri sırasından silinib.

Mədəni abidələr qəniminin korrupsiya əməlləri

Zakir Sultanovun korrupsiya əməlləri haqqında da yeni məlumatlar üzə çıxıb. O, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tikinti işlərinə nəzarət edərkən dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməkdə ittiham olunur. Məlumata görə, Zakir Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan rüşvət alıb. O, özünü təqsirli bilərək qeyd edilən pulları aldığını etiraf edib.

İddiaya görə, Zakir Sultanov Mədəniyyət nazirliyinin saytının yenidən hazırlanması və reklam olunması üçün bir şirkətlə təxminən 20 min manatlıq müqavilə imzalayıb. O, şirkət rəhbərindən həmin pulun 1000 manatını geri alaraq mənimsəyib. Bundan başqa, Bozarqanlı adına Aşıq Sənət Muzeyinin tikintisinə 5,8 milyon manat ayrılıb. Zakir Sultanov tikintini həyata keçirəcək şəxsdən də 100 min manatdan çox rüşvət alıb. Tovuz rayon Mədəniyyət Evinin yenidən tikintisinə ayrılan 5,4 milyon manatdan isə Z.Sultanova 50 min manat “pay” verilib.

Zakir Sultanovun “şapka” kimi aldığı ən böyük məbləğ isə İrəvan Dram Teatrının tikintisinə ayrılan puldan olub. Dövlət büdcəsindən bu iş üçün ayrılan 11 milyon manatdan 200 min manatı tikintini həyata keçirən şirkət tərəfindən Zakir Sultanova qaytarılıb.



Zakir Sultanov qonşuların bloka girişini bu cür hördürüb


Xatırladaq ki, Zakir Sultanov DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub. Yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb. Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov də var. Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Bir gün sonra Səbail Rayon Məhkəməsinin qərarı ilə Zakir Sultanov barəsində 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Zakir Sultanov əslində kimdir?

Bakı şəhərindəki tarixi memarlıq incilərinin məhv edilməsində, korrupsiya və rüşvət əməllərində adı hallanan Zakir Sultanovin kimliyi, onun dövlət qulluğu sahəsindəki karyera yüksəlişi oxucular üçün maraq doğurmaya bilməz. Odur ki, mədəni abidələrin restavrasiyasına möhür vuran, “Torqovı”da lüzumsuz obyektlərin sökülməsi zamanı öz restoranının qabağını 4 metr irəli çəkən adamın kimliyini də xatırlatmağa ehtiyac yaranır:

Zakir Sultanov 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhərində 6 nömrəli orta məktəbi bitirib. 1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsində ali təhsil alıb.

1991-2006-cı illərdə Xətai Rayon İcra Komitəsində və Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Müfəttişliyində, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. 2006-2008-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin “Bərpa-tikinti, İnkişaf və İnvestisiya Layihələrinin İdarə Olunması Agentliyi”nin direktoru, 2008-2014-cü illərdə Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyib. 2014-cü ildən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışırdı. Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdi.

Mədəniyyət və Turizm Nazirliyinin DTX əməkdaşlar tərfindən saxlanılan digər vəzifəli şəxslərinin də əməllərində korrupsiya faktları aşkarlanıb. Belə ki, yayılan məlumatlara görə, nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov kurasiya etdiyi sahələrdə vəzifələrə təyinat üçün iddialı namizədlər qarşısında şərt qoyubmuş. Onun vəzifə təklifi ilə əlaqədar bir çox mədəniyyət üzvü ilə dəfələrlə təkbətək görüşlər keçirdiyi, həmin şəxslərə mədəniyyət evlərində rəhbər vəzifəyə gətirilməyə dair müəyyən vədlər verib. Qarşılıqlı razılaşmaya əsasən, direktor seçiləcək incəsənət üzvü təyin olunduğu idarənin bütün təmir işləri ilə bağlı maliyyə məsələləri öz üzərinə götürməli imiş.

Maraqlıdır ki, bu cür təkliflə razılaşan tanınmış simalar da az deyil, onların arasında artıq vəzifəyə təyin olunmuşlar da var. Ən maraqlısı isə odur ki, Cəlil Məlikov hesabatlarında təmirə ayrılan maliyyənin nazirliyin büdcəsindən xərcləndiyini qeyd edib.

Ölkə ictimaiyyəti mədəniyyətimizə qənim kəsilərək, dövlətin bu sahəyə ayırdığı külli məbləğdə vəsaiti talamaqda, öz vəzifələrindən sui-istifadə etməkdə şübhəli bilinən Zakir Sultanova və əməldaşlarına qarşı hansı ittihamların irəli sürüldüyündən xəbərdardır və istintaqın yekun nəticələrini səbirsizliklə gözləyir. Yəqin ki, müvafiq orqanlar “Casual Brasserie”nin fəaliyyətinə də diqqətsiz qalmayacaq, burada baş verən qanunsuzluqları aradan qaldıracaqlar.

Namiq YUSİF

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər