Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə

Baxılıb: 5317     Tarix: 17-04-2020 10:31   
 190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə


190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən xeyli insan var. Lakin onların əksəriyyətinə ödəmənin təyin olunub-olunmaması ilə bağlı bildiriş göndərilməyib. Dövlət Məşğulluq Xidməti bildirişlərin göndərilməmə səbəbini və onlayn qeydiyyat bölməsində edilən yenilikləri açıqlayıb.

Sumqayitfakt.Az xezerxeber-ə istinadən xəbər verir ki, Ağcabədi sakini Qəhrəman Rəhimov kimi 190 manatlıq birdəfəlik ödəmə üçün qeydiyyatdan keçən, lakin hələ də heç bir cavab almayan insanlar var. Onları düşündürən əsas məsələlərdən biri də odur ki, hər hansı bir səbəbdən ödəmə təyin edilməyənlərə də bununla bağlı bildiriş sms-i göndəriləcəkmi?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, birdəfəlik ödəmə üçün minlərlə müraciət var. Artıq 120 min nəfərə birdəfəlik ödəmə təyin olunub.Vətəndaşlara ödəmənin təyin edilməsi sms-ləri ilə yanaşı, imtina bildirişləri də göndərilir. Artıq 20 min nəfərə imtina sms-i göndərilib. Cavab mesajlarının göndərilməsi ilə bağlı konkret bir müddət yoxdur.

Qeydiyyatdan keçən bütün şəxslərə yaxın günlərdə bununla bağlı bildirişlər göndəriləcək. Daha bir məsələ isə E-sosial portalının "Onlayn Müraciət" bölməsində yeniliyin edilməsidir.

Hazırda qeydiyyat zamanı "həyat yoldaşının FİN kodu" hissəsində onun əcnəbi olması və digər seçimlər qoyulub. Əvvəl isə bu yox idi və FİN kodun yazılması məcburi idi. Ona görə də bəzən vətəndaşlar həmin hissəyə müxtəlif hərf və rəqəmlər yazmaqla qeydiyyatdan keçməli olurdular. Həmin şəxslərə də ödəmənin təyin edilməsində problem yaranmayacaq.

Birdəfəlik ödəmə üçün qeydiyyat davam edir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər