Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirildi - VİDEO

Baxılıb: 4139     Tarix: 27-01-2020 11:25   
Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirildi - VİDEO


Türkiyənin “TRT World” kanalı tərəfindən hazırlanan “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) sənədli filmi Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda nümayiş etdirilib.

Konsulluqdan verilən məlumata görə, film Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.

Baş Konsulluğun təşkilatçılığı ilə keçirilən tədbirdə sənədli filmin ssenari müəllifi Oubai Şahbandar, filmin rejissoru və prodüseri Ataxan Kərküklü, o cümlədən, müxtəlif xarici ölkələrin baş konsulları, siyasi xadimlər, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının fəalları, həmçinin, türk, yəhudi, pakistanlı, koreyalı və latino icmalarının rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş Qara Yanvar faciəsinin 30-cu ildönümünün bir neçə gün öncə tamam olduğunu qeyd edərək, faciə haqda məlumat verib. Sonra tədbir iştirakçıları Qara Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında danışaraq, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə faktları iştirakçıların diqqətinə çatdırıb. O, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını bildirib.

N.Ağayev BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini vurğulayıb. Diplomat bu ədalətsizlik haqda məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək peşəkarlıqla hazırlanmış “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” sənədli filminin təqdirəlayiq olduğunu qeyd edib.

Sonra film nümayiş etdirilib. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Filmin ssenari müəllifi O.Şahbandar çıxış edərək, filmdə əks olunan hadisələr və çəkiliş prosesi haqqında ətraflı danışıb. O bildirib ki, filmin əsas məqsədi münaqişə haqda həqiqətlərin bu təcavüz və işğalın qurbanlarının dilindən təqdim olunmasıdır.

Daha sonra O.Şahbandar və A.Kərküklü tədbir iştirakçılarının film və münaqişə ilə bağlı çoxsaylı suallarını cavablandırıblar./oxu.az

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər