Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunanlar
Sorğu

Niderlandda Azərbaycana qarşı olan təxribatın qarşısı alınıb - ŞƏKİLLƏR

Baxılıb: 4136     Tarix: 17-01-2020 16:17   
Niderlandda Azərbaycana qarşı olan təxribatın qarşısı alınıb - ŞƏKİLLƏR

Niderlandın Utrext şəhərində yerləşən Yaarbeurs beynəlxalq sərgi kompleksində ənənəvi turizm sərgisi təşkil edilib və sərgidə Ermənistanı 3, Gürcüstanı 8 turizm şirkəti təmsil edib.

Sumqayitfakt.Az Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata əsasən bildirir ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanışlıq zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat hallarının olduğunu müşahidə edib.

Ermənistanı təmsil edən turizm şirkətlərinin təqdim etdikləri bukletlərdə, eyni zamanda Gürcüstan GroosCom Travel və Niderland Krallığının Kaukasus Reisen Plus turizm şirkətlərinin təbliğat materiallarında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalar yer alıb.

Sərgidə Gürcüstan və Niderland Krallığının turizm şirkətləri işğal altında olan Azərbaycan torpaqlarının başqa rənglə göstərildiyi, həmin ərazilərin "Nagorno Krabakh Republic" və "Artsakh" kimi qeyd olunduğu xəritələrdən istifadə ediblər.

Təxribat əməli mübahisəyə səbəb olub və Emil Əliyev tələb edib ki, xəritələr və bukletlər dərhal sərgidən yığışdırılsın. Onun bu təklifi ciddi etirazla qarşılanıb, hətta mübahisə zamanı şirkət nümayəndələri soydaşımıza fiziki təzyiq göstərib, onu stenddən uzaqlaşdırmağa cəhd ediblər.

Gürcüstan turizm şirkətlərinin təmsilçiləri guya sərgi üçün başqa xəritə əldə edə bilmədiklərindən bu xəritədən istifadə etdiklərini və yalnız sərgi salonunun rəhbərliyi təlimat versə, hər hansı qadağa mexanizmi olsa, xəritəni yığışdıracaqlarını bildiriblər.

Emil Əliyev dəfələrlə təşkilatçılarla görüşüb və onun ciddi səyi, təkidi təxribat xarakterli materialların sərgidən yığışdırılması ilə nəticələnib.

O, təşkilatçılara bildirib ki, Azərbaycan nümayəndələri yanvarın 19-na qədər sərgiyə gündəlik nəzarət edəcəklər və təxribat elementləri daşıyan xəritə və bukletlərin yenidən istifadə olunmamasını israrla tələb edirlər.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər