Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Xalq şairi generalın məktubunu niyə cırdı? - FAKTLAR

Baxılıb: 4156     Tarix: 03-01-2020 21:02   
Xalq şairi generalın məktubunu niyə cırdı? - FAKTLAR


Bu gün xalq şairi Osman Sarıvəllinin (1905-1990) doğum günüdür.

Sumqayitfakt.Az kult.az-a istinadən Osman Sarıvəlli ilə bağlı 7 faktı təqdim edir.

1. Osman Sarıvəllinin xalq şairi, dostu Səməd Vurğuna böyük sevgisi olub. Hər zaman onu xatırlayar, haqqında həsrətlə danışardı.

2. Səməd Vurğunu qardaşı kimi sevsə də, onun haqqında hazırlanmış "Qalacaqdır dünyada" adlı xatirələr toplusunda yazısı çap olunmayıb. Səbəbini soruşanda deyib ki, o kitabda elə müəlliflər xatirə çap elətdiriblər ki, onlar vaxtilə Səmədin ölümünə fərman vermək istəyir, üzünə gülür, kürəyinə bıçaq endirirdilər.

3. O, "Xalqlar dostluğu" ordeniylə təltif olunanda gülə-gülə deyib ki, gərək bundan ikisini verəydilər - birini də ilham pərim Səyalı xanıma.

4. General Əliağa Şıxlinskinin ədəbiyyata böyük marağı olub. O, hətta tərcümə etdiyi şeirləri Osman Sarıvəlliyə göndərib fikrini öyrənmək istəyib. Lakin Osman Sarıvəlli generalın məktubunu cırıb. Sonralar bu hərəkətini belə izah edib:

"Mən o vaxt Çar və Müsavat generalına hansı cəsarətlə məktub yaza bilərdim? Axı, o vaxtlar otuzuncu illərin repressiyası tüğyan edirdi".

5. Osman Sarıvəlli ilə Səməd Vurğunun maraqlı deyişmələri, söhbətləri bu gün dillərdə gəzir. S.Vurğun Osman Sarıvəllinin 50 illik yubileyində onu bu şeirlə təbrik edib:

"Qardaş, sənin axar təbin
Axdı axar sular kimi,
Gah yeridi, gah atlandı,
Qartal olub qanadlandı
Müqəddəs arzular kimi...

Getdik dedim, yox, inanma
- Mənzil uzaq, ömür yarı,
İlhamının qanadları
Qartal kimi dağlar aşsın,
Zirvələrlə qucaqlaşsın".

6. Osman Sarıvəlli zarafatcıl və canayaxın insan olub. Hətta dostları da onu tez-tez zarafatla xatırlayırlar. Yazıçı Qan Turalı deyir ki, bir dəfə Vaqif Səmədoğluya Osman Sarıvəllinin Səməd Vurğundan xeyli çox yaşadığını xatırladıb. V.Səmədoğlu da zarafatla "Allah kəssin elə yaşamağı, Osman mənə Qabil deyirdi, Yusifə Anar" deyib.

7. "Hər kim 100 il yaşamasa, günah onun özündədir" misrası ilə tanınan Osman Sarıvəlli 84 yaşında vəfat edib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər