Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

YAP seçkilərə BU namizədlərlə GEDƏCƏK - Siyavuş Novruzov AÇIQLADI

Baxılıb: 4290     Tarix: 05-12-2019 15:55   
YAP seçkilərə BU namizədlərlə GEDƏCƏK - Siyavuş Novruzov AÇIQLADI

Yeni Azərbaycan Partiyası 5 il müddətində öz deputatları ilə bağlı təhlillər aparır.

Sumqayitfakt.Az sfera.az-a istinadən bildirir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Müsavat qəzetinin canlı yayımında deyib. O bildirib ki, seçki elan olunandan sonra kimin hansı dairədən namizədliyinin irəli sürüləcəyi müəyyən olunacaq:

"Bizim 71 nəfər deputatımız var idi. Onlardan yeni vəzifələrə təyinat alanlar, dünyasını dəyişənlər oldu. Hazırda 68 nəfər deputatla təmsil olunuruq. Bu deputatlarla bağlı təhlillər aparırıq.

S. Novruzov bu təhlillərin nədən ibarət olmasına da aydınlıq gətirib:

"Deputatların seçicilər arasındakı nüfuzu, davranış qaydaları, parlamentdəki çıxışları, dövlətçiliyi müdafiəsindəki mövqeyi, partiyanın qərarlarının yerinə yetirilməsi, mətbuatdakı rolu, sosial şəbəkələrdəki iştirakı, beynəlxalq təşkilatlarda təmsilçiliyi və apardığı işlər təhlil olunur. Yerlərdə də bu təhlil işləri mütəmadi olaraq aparılır. Onsuz da, buna qədər də müxtəlif rayonlarda, paytaxt Bakıda bizim 50-yə yaxın müxtəlif görüşlərimiz olmuşdu".

Millət vəkili qeyd edib ki, təhlillərin nəticələri mütəmadi müzakirə olunur:

"Hazırda bu müzakirələr, demək olar ki, başa çatıb. Partiyanın sədrinin yanında da bu müzakirələrə davam ediləcək. Seçkidə iştirak edəcəklər arasında hazırda Milli Məclisin üzvü olan deputatlar da var. Eyni zamanda partiyaya yeni gənclər də gəlib. Onlar arasında xaricdə təhsil alanlar, öz ixtisaslarını güclü bilənlər də var. Bu cür gənclərdən də istifadə edəcəyik".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər