Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Zakir Fərəcov: "Sumqayıtda 7000 nəfər işsiz var"

Baxılıb: 360     Tarix: 03-10-2019 16:40   
Zakir Fərəcov: "Sumqayıtda 7000 nəfər işsiz var"

"Sumqayıtda 20 minə yaxın sahibkar var. Onlar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər".

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri sahibkarlarla görüşündə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib. Z. Fərəcov çıxışında Sumqayıtda fəaliyyət göstərən sahibkarların üzləşdiyi problemlərdən də söz açıb. Bildirilib ki, sahibkarların işinə qeyri-qanuni müdaxilələr yolverilməzdir: "Sahibkarların azad fəaliyyəti göstərməsi üçün imkan və şərait yaradılmalıdır".

Z. Fərəcov müdaxilə ilə üzləşən sahibkarları icra hakimiyyətinin 164 nömrəli "Qaynar xətti"nə məlumat verməyə çağırıb: "Belə hallarla üzləşən sahibkarlar mütləq qaydada icra hakimiyyətinə problemlə bağlı müraciət etməlidir. Edilən müraciətlər araşdırılaraq müvafiq qərarlar qəbul ediləcək".

O, Sumqayıtın dövlətdən dotasiya almayan şəhərlər sırasında olduğunu da diqqətə çatdırıb. Şəhər rəhbəri hazırda şəhərdə 7000 nəfər işsiz vətəndaşın olduğunu da sözlərinə əlavə edib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər