Xəbər xətti
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Daha 60 yeni və müasir lift quraşdırılacaq -SUMQAYITDA

Baxılıb: 2628     Tarix: 16-03-2016 14:00   
Daha 60 yeni və müasir lift quraşdırılacaq

Sumqayıt sakinlərini narahat edən və narazı olduqları sahələrdən biri də həmişə lift təsərrüfatı olub. İllərdi ki, bu sahədə böyük problemlər yaşanır. Bir çox hallarda liftlər işləmir, köhnəlib və nasaz vəziyyətdə olur. Son zamanlar bütün sahələrə, o cümlədən şəhərin infrastruktur obyektlərinə böyük diqqət göstərilməkdədir. Şəhərin lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar atılan addımlar da dediklərimiz sırasındadır.
Sumqayıt şəhər “Lift-Servis” Birliyinin rəisi Cümşüd İsmiyevin Sumqayitfakt.az-a verdiyi məlumata görə, artıq şəhərin 6, 9, 10, 13, 18 mikrorayonlarında 140 ədəd təzə və müasir tipli lift yeniləri ilə əvəz edilib. Eləcə də, 2, 6, 13, 18, 10, 17-ci mikrorayonlarında 60 ədəd yeni və müasir liftlərin quraşdırılması nəzərdə tutulub. Artıq bu haqda müvafiq sənədləşmə və texniki hazırlıq işləri aparılıb. Cari ilin aprel ayında işə başlanacaq. C. İsmiyev bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 13 oktyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat, o cümlədən 03 mart 2016-cı ildə isə prezidentin müvafiq sərəncamı ilə Sumqayıtda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün daha 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.

Sumqayitfakt.az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər