Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı

Baxılıb: 474     Tarix: 16-08-2019 13:05   
Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin qalıqları tapıldı

Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin qalıqlarını Xəzər dənizindən çıxarıb.

Türkiyə Müdafiə Nazirliyinin Twitter mikrobloqunda dərc olunmuş məlumatda belə deyilir.

Məlumatda bildirilir: “Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu Xəzər dənizinə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qalıqlarının sudan çıxarılması istiqamətində işləri davam etdirir”.

Nazirlik qeyd edir ki, pilotun və “qara qutu”nun axtarışları hava şəraitinə uyğun həyata keçirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Xəzər dənizinə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və pilotunun axtarışı məqsədi ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu 10 nəfərlik şəxsi heyətlə Azərbaycana yola salınıb.

Qeyd edək ki, axtarış işlərinə, Rusiya Federasiyası Xəzər Donanmasının xilasetmə dəstəsinin mütəxəssisləri də qoşulublar./interfax.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər