Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

XİN-in işğal olunmuş torpaqlarda ermənilərin çəkdiyi avtomobil yolu ilə bağlı - BƏYANATI

Baxılıb: 386     Tarix: 26-07-2019 15:37   
XİN-in işğal olunmuş torpaqlarda ermənilərin çəkdiyi avtomobil yolu ilə bağlı - BƏYANATI


"Ermənistanın hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi tərəfindən işğal olunmuş ərazilərimiz boyunca "cənub istiqaməti” adlandırılan yeni yolun çəkilməsi barədə verilən açıqlama Ermənistanın əsl niyyətinin hərbi işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirmək və münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunun növbəti nümunəsidir".

Sumqayitfakt.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlər, o cümlədən infrastruktur dəyişikliyinin aparılması Ermənistanın münaqişənin sülh yolu ilə həll edilməsi barədə iddialarının riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmadığını göstərir: "Şimal istiqaməti adlandırılan və işğal olunmuş Kəlbəcər rayonundan çəkilmiş "Vardenis-Ağdarə” avtomobil yolu, eləcə də mərkəzi "Gorus-Laçın” avtomobil yolu təcrübəsi göstərir ki, Qubadlı və Cəbrayıl rayonlarından çəkilməsi nəzərdə tutulan yeni yol işğal altında olan bu ərazilərin təbii və digər resurslarının daha aqressiv formada talan edilməsinə xidmət edəcəkdir.

Ümumiyyətlə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişikliyi ilə bərabər maddi-mədəni irsin məhv edilməsi, demoqrafik tərkibin dəyişdirilməsi, mineral resursların talan edilməsi və digər bu kimi qeyri-qanuni fəaliyyətlər həyata keçirir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış fakt-araşdırıcı və qiymətləndirmə missiyalarının nəticəsi olaraq hazırlanmış hesabatlarda qeyri-qanuni fəaliyyətlərin sülh prosesinə ciddi təhlükə yaratdığı təsbit olunur.

2018-ci ildə hazırlanmış "Azərbaycanın Ermənistanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peyk məlumatları əsasında sübutlar” adlı hesabatda Ermənistanın qeyri-qanuni əməllərinin miqyası tam aydın şəkildə özünü göstərir.

Beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il tarixli Cenevrə Konvensiyası və Əlavə Protokollarına əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlərin aparılması qadağandır.

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi işğal olunmuş ərazilərimizdə aparılan və danışıqlar prosesinə ciddi zərbə vuran qeyri-qanuni fəaliyyətləri ciddi şəkildə nəzərə almalıdırlar.

Münaqişənin həlli ilə bağlı münbit şəraitin yaradılmasına baxmayaraq, Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək destruktiv şəkildə qeyri-qanuni fəaliyyətləri davam etdirməsi danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti təxribatçı cəhddir. Buna görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Beynəlxalq öhdəlikləri tapdalayaraq işğal etdiyi ərazilərdə qanunsuz əməlləri davam etdirən Ermənistanın təxribatçı hərəkətlərini kəskin qınayır və təcavüzkardan bölgəmizdə sülh, təhlükəsizlik və rifaha qarşı yönələn əməllərinə son verməyi və işğalçı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağı təkidlə tələb edirik.

İşğalçı ölkənin bu kimi təxribatçı əməllərinə müvafiq şəkildə cavab vermək hüququnu Azərbaycan özündə saxlayır".


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər