Xəbər xətti

Yazarlar


Namiq Dəlidağlı



Rublika
Arxiv
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Ən çox oxunanlar
Sorğu

İcra başçısı erməni girovluğunda olan Dilqəmin oğlunun torpağını əlindən alır

Baxılıb: 4126     Tarix: 18-05-2019 13:09   
İcra başçısı erməni girovluğunda olan Dilqəmin oğlunun torpağını əlindən alır

Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.

Sumqayitfakt.Az xəbər verir ki, bu haqda modern.az saytına Kürdoğlu Əsgərov məlumat verib.

O bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Qeyd edib ki, buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.

"Məqsədləri isə budur ki, mənə məxsus ərazini türk şirkətlərinə külli miqdarda vəsait qarşılığında satsınlar. Aidiyyatı dövlət qurumlarından xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər. Şəmkir rayon icra başçısına yerini bildirsinlər ki, mənim atam Dilqəm Əsgərov bu vətən uğrunda canlı-canlı çürüyərkən icra başçısı mənim torpağımı əlimdən alır.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma "məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

"Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər