Xəbər xətti

Yazarlar

Namiq Dəlidağlı




Rublika
Arxiv
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR

Baxılıb: 4109     Tarix: 05-05-2019 14:06   
Titanik gəmisinə gecikən türk deputat: "Bir az tez getsəydim, ölənlərin sayı 1515 nəfərə çatardı” - ŞƏKİLLƏR


Titanik gəmisinin batması haqqında hər kəs məlumatlıdır. Tarxin ən böyük hadisələrindən sayılan bu gəmi qəzasında dünyanın bir çox yerindən çox zəngin insanlar həlak olub. Bu ağır faciədə 1514 insan həyatını itirib. Ümumilikdə isə gəminin 2223 sərnişini olub. Lakin 2224 bilet satılmışdı. Gəmi yola çıxanda bir sərnişin yox idi.

Sumqayitfakt.Az musavat.com-a istinadən xəbər verir ki, gəmiyə gecikən şəxs türkiyəli həkim Besim Ömer Akalın idi. O, əlverişsiz hava şəraitinə görə Fransadaki "Cherbourg" limanına vaxtında gedib, çıxa bilməmişdi. O, limana çatanda Titanik gəmisi artıq 4 saat idi ki, yola çıxmışdı. Besim Ömer Nyu Yorkda bir sağlamlıq konqresinə qatılmaq üçün 1 ay əvvəlcədən Titanik gəmisinə bilet almışdı.



Besim Ömer bu önəmli konqresə getmək üçün başqa bir gəmiyə bilet aldı. O, limanda gəminin yola çıxacağı günü gözləyərkən Titanikin batması xəbərini qəzetdən oxudu. Xəbərdə ölənlərin adları arasında öz adını da görən Besim Ömer gəmiyə gecikdiyinə görə sevincli idi, lakin ölənlər üçün isə çox üzülmüşdü.



Ömer Besin Türkiyənin məşhur qadın və uşaq həkimi olub. O hərbi tibb akademiyasından məzun olduğu üçün ona Ömer Paşa deyə də müraciət edirdilər. Daha sonra isə "Akalın" adını alıb. Sonrakı illərdə o, İstanbuldakı məşhur Darülfün universitetində rektor olaraq işləməyə başladı. Daha sonra isə Ömer Besin millət vəkili də olub.



Yaşadığı həyatı boyunca 50-ə yaxın əsər yazıb. Bunlardan ən məşhuru "Nevsali Afiyet" idi.



Ömer Besin Titanikə gecikmiş tək sərnişin idi. Onun çemodanları gəmiyə yüklənmişdi. Lakin özü isə gəmi ilə səfər edə bilməmişdi.

Ömer Besin bu hadisədən illər sonra verdiyi bir müsahibədə bu sözləri demişdi: "Titanikdən xilas olan tək Türk mənəm. Ona görə də məni heç bir qəza qorxuda bilməz. O ağır faciədə 1514 nəfər həyatını itirdi. Əgər biraz tez getsəydim, ölü sayı 1515 olardı. Həyatımı bir gəmiyə gecikməyimə borcluyam".



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər