Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Türkiyə vətəndaşı olan erməni Ermənistanın Xocalıda qətliam törətdiyini etiraf edib

Baxılıb: 4109     Tarix: 01-03-2019 17:08   
Türkiyə vətəndaşı olan erməni Ermənistanın Xocalıda qətliam törətdiyini etiraf edib


“Fevralın 26-da 70-i yaşlı, 63-ü uşaq olmaqla, 613 azərbaycanlının Ermənistan dövlətinin hərbi qüvvələrinin hücumuna məruz qalaraq vəhşicəsinə öldürüldüyü qətliamın 27-ci ildönümünü yad etdik”.

Bunu milliyətçə erməni olan Türkiyə vətəndaşı, jurnalist, siyasətçi Markar Esayan bildirb.

O, Türkiyənin “Axşam” qəzetinin 28 fevral tarixli sayında dərc olunan "Demokratiyanı edam etdilər..." (“Demokrasiyi idam ettiler…”) adlı məqaləsində vurğulayıb ki, Xocalı kimi soyqırımları unutmaq qətliamların davam edəcəyi deməkdir: “Allah bir daha belə günləri yaşamağı bütün dünyaya əsirgəsin. Bir günah qarşısında susan dilsiz şeytandır. Ən yaxınımız olsa belə, biz həqiqət və ədalətin yanında olmalıyıq. Bir günahı hamı törədə bilməz və bu, ümumiləşdirilməz. Bunu, əslində, cinayəti ört-basdır etmək kimi başa düşmək olar. Bütün baxımlardan bu təhlükəlidir. Mən bir xristian erməniyəm. ASALA-nın cinayətləri və Xocalı qətliamını nifrətlə qarşılayan və lənətləyən biriyəm. Xarici İşlər Nazirliyimizin vəzifəli şəxslərini ASALA adlı terror qrupu şəhid edib, ermənilər deyil, Xocalı qətliamını Rusiya ordusunun dəstəyi ilə Ermənistanın hərbi qüvvələri törədib. Ancaq bütün xəbərlərdə, ümumilikdə, ermənilərin bütövlükdə adı hallanır...”.



Türkiyə vətəndaşı olan Markar Esayanın məqaləsinin xoşməramla yazıldığına inanmaq istərdik. Ancaq təəssüf ki, indiyə kimi Türkiyədə yaşayan ermənilər heç vaxt Xocalı soyqırımını lənətləyən kütləvi aksiya, yaxud yığıncaq keçirməyiblər. Türkiyə vətəndaşı olan erməni etnik qrupunun sağlam düşüncəli hissəsi Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı işğaldan azad etməsi ilə bağlı heç bir fikir belə söyləməyib.

Ancaq zaman-zaman Türkiyə vətəndaşı olan bu etnik qrupun nümayəndələri, hətta Xalqların Demokratik Partiyasından (HDP) deputat olan soydaşı Karo Paylyanın “erməni soyqırımı” iddialarına heç vaxt cavab verməyiblər. Halbuki bunu etmək üçün onun hər cür səlahiyyəti və qabiliyyəti də var. Çünki o, hakim İnkişaf və Ədalət Partiyasından (AKP) Türkiyə parlamentinə seçilib. Türkiyə Böyük Millət Məclisindəki 600 deputatdan ikisi ermənidr.



Bu yazı da onun Türkiyədə ermənilərə qarşı mənfi münasibətin qarşısını almağa cəhd göstərməklə vətəndaşı olduğu ölkədə demokratiyanı nüdafiə etməsi, milli ədavətin qarşısının almağa cəhdi və s. bu sayaq addımları bəyəniləndir. Ancaq Xocalı və Dağlıq Qarabağın başqa bölgələrinin, habelə Ermənistanda Qukark rayonunda azərbaycanlıların başına min bir müsibət məhz türk olduqları üçün açılıb. Markar Esayan ermənilərin türk düşmənliyinə qarşı çıxış etməsi, yaxud bu istiqamətdə bir hərəkat başlaması da arzuediləndir. Ancaq təəssüf ki, nə Esayan, nə də sağlam düşüncəli ermənilərdən bu istiqamətdə heç bir addım atılmayıb.

Demokratiyada vətəndaşı olduğun dövləti parçalamağa deyil, onu gücləndirməyə xidmət edəndə hamı yaxşı yaşayır. M.Esayanın Karo Paylyana demoktariya dərsi verib türk düşmənçiliyi etməməsini ona tapşıracağına ümid edirik./report

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər