Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Stalinin qurutmaq istədiyi Xəzər dənizi haqqında MARAQLI FAKTLAR

Baxılıb: 3137     Tarix: 25-02-2019 09:14   
Stalinin qurutmaq istədiyi Xəzər dənizi haqqında


Azərbaycan Xəzər dənizinin sahilində yerləşir. Xəzər dənizinin tarixdə bir çox adı olub. Dünya coğrafiyasında heç bir okeanla əlaqəsi olmadığına görə Xəzəri göl adlandırırlar.

Sumqayitfakt.Az ölkə.az-a istinadən doğma Xəzərimizlə bağlı maraqlı faktları çatdırır.

Xəzər dənizi Dünya okeanı ilə əlaqəsi olmadığı üçün böyük göldür. Amma ölçüsünə görə bir çox dənizdən böyük olduğu üçün istisna olaraq dəniz adlandırılır.

Xəzər dənizində suyun duzluluq miqdarı Dünya okeanından üç dəfə azdır. Buna səbəb isə, Xəzərə tökülən yüzdən çox çay ilə izah edilir. Təbii ki, Xəzəri ən çox şirin su ilə Volqa çayı təmin edir. Dənizin 80 % şirin suyunu məhz bu çay təmin edir.

Xəzər dənizinin ümumi sahəsi 370 min kvadrat kilometrdir. Bu, Zimbabve, Almaniya və Yaponiya kimi ölkələrin sahəsinə bərabərdir.

Xəzər dənizi 5 ölkənin-Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın sahillərini yuyur. Bütün tarix boyu ərazidə bir sıra müxtəlif xalqlar yaşayıb. Bu gün 70-ə yaxın ərazi adı Xəzər dənizi ilə əlaqəlidir: Xvalınsk, Dərbənd, Xəzər, Girkan və s.

Xəzərin əsas zənginliklərindən biri də balıqdır. Bu dənizdə dünyanın nərə balıq ehtiyatının 80%-i yaşayır. Elə bu səbəbdən də qanunsuz balıq ovu və kürü istehsalı inkişaf edib. Nərə balıqlarının nəslini artırmaq beynəlxalq məsələyə çevrilib. Hazırda bu məsələ Xəzər akvatoriyasına daxil olan dövlətlər səviyyəsində həll edilir.

1922-ci ilin 11 may tarixində Volqanın Xəzərə tökülən hissəsində çəkisi 1224 kq olan bölgə balığı tutuldu. Onun qarnından 146 kq kürü çıxdı. Balığın başı 288 kq idi.

1968-ci ildə Mahaçqala şəhəri yaxınlığında, Xəzər dənizi sahilində "Səhranın bəyaz günəşi" filminin çəkilişləri gedib.

Dəfinə axtaranların fikrinə görə, Xəzərin dibində külli miqdarda sərvət var. Tufan və digər təbii fəlakətlər səbəbindən bahalı yükü olan çoxlu gəmi bu dənizdə batıb.

Xəzərin neft ehtiyatları da çox zəngindir. Bu dənizdə 10 milyard ton neft olduğu deyilir. İlk neft buruğu Abşeron yarımadasında olub. 1949-cu ildən isə dənizin dibindən neft çıxarılır.

Ötən əsrin 50-ci illərində Stalin maraqlı ideya irəli sürdü: Xəzər dənizini qurudub neft istismarını artırmaq. Volqa çayının məcrasını Şimali Qazaxıstana yönəltmək planı var idi. Sovet hidroloqları çətinliklə də olsa, Stalini bu fikirdən daşındıra bildilər. Çünki bu layihə iqlim faciəsi ilə nəticələnə bilərdi. Onlar sübut etdilər ki, bütün çayların məcrasını da dəyişsələr, dənizdəki suyu çəkmək mümkün deyil.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər