Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ruhi xəstə olan yezidi əsgər işgəncə altında: Tonoyan məktublara cavab vermir

Baxılıb: 298     Tarix: 04-02-2019 17:02   
 Ruhi xəstə olan yezidi əsgər işgəncə altında:
“2 saat Sovetaşendəki ruhi xəstələr olan xəstəxanada olduqdan sonra ürək bulanması, baş ağrısı başladığına görə tibbi yardıma ehtiyacım var”.

Fikirləri erməni vəkil Hayarpi Sarksiyan qoruyucu maska ilə şəkil paylaşaraq qeyd edib.

Məlumata görə, vəkil hüquqlarını müdafiə etdiyi yezidi əsgər Yurik Broyana baş çəkmək üçün psixatriya xəstəxanasına gedib. Hayarpi Sarkisyan bildirir ki, onu çətinliklə içəri buraxıblar. Eyni otraqda 20 xəstə yerləşdirildiyini söyləyən hüquqşünas hüquqlarını müdafiə etdiyi Yurik Broyanın üzərindən olduqca dəhşətli qoxu gəldiyini vurğulayıb.

Verilən məlumat görə, guya özü istəmədiyi üçün hamama getmir. Bura gələnədək 40 gündən artıq hərbi polisdə saxlanılan Yurik Broyan orada nə yuyunmağa aparılır, nə də yetərli qida verilir, hərbi polisdə isə ona qarşı olduqca kobud davranılır. Vəkil, belə bir cinayət əməli ilə bağlı veriliş hazırlamağı düşündüyünü qeyd edib.

Yurik Broyan öz vəkili ilə müəyyən əl-qol jestləri etməklə ünsiyyət saxlayır. Ona Kanaz xəstəxanasında qeyri-müəyyən iynələr vurulduqdan sonra xəstəliyi və əsmə halı daha da kəskinləşib.

Xatırladaq ki, yezidi əsgərin xəstəxanalarda dövr etməsi, 2018-ci ilin avqust ayında xəstə olmasına, məhdudiyyətlərinə baxmayaraq, hərbi xidmətə çağırılmasından sonra başlayıb. Ancaq Ermənistan Müdafiə Nazirliyi yezidi əsgəri “simulyant” hesab edir.

Artıq əlil halında olan hərbi qulluqçu haqqında Ermənistan prokurorluğunda hərbi hissənin tabor komandiri tərəfindən ona qarşı tətbiq edilən zorakılıq, psixatriya xəstəxanasının əməkdaşı ilə münaqişə, özünə xəsarət yetirmə cəhdləri olmaqla 3 cinayət işinin istintaqı aparılır. Sonuncu cinayət işi müxtəlif yollarla hərbi xidmətdən yayınma halı olaraq cinayət məcəlləsi çərçivəsində araşdırılır.

Hazırda o, Sovetaşen yaşayış məntəqəsindəki psixatriya xəstəxanasında yerləşdirilib. Əsgərin anası qeyd edib ki, oğlu 7 aydır xəstə olsa da, heç kim onu dinləmir. Hərbi polisdə ac saxlanıldığını, özü gedib ona yemək yedirtdiyini qeyd edən ana oğluna qarşı çox kobud davranıldığını, hətta çimməyə aparmadıqlarını bildirir.

Onun sözlərinə görə, bu gün onu xəstəxanada hamama aparmaq istəsə də, xəstəxananın hamam dəsmalı olmayıb. Ordu günü ilə bağlı tədbirdə Davit Tonoyan jurnalistlərin sualına cavab verərkən, qeyd edib ki, yezidi əsgər Yurik Broyana qarşı xüsusi yanaşma var. Bununla da Ermənistan Müdafiə naziri yezidi əsgərin kompleks ekspertizasını keçirəcək həkim və müstəntiqlərə pərdəarxası ismarıc edib.

Davit Tonoyanın xəstə əsgərin anasının məktublarına cavab verməməsindən məlum olur ki, nazir onu qəbul etməyəcək. O, bir dəfə də olsa, yezidi əsgərə baş çəkib, maraqlanmayıb. Görünən odur ki, Tonoyan bu addımı öz nüfuzuna yaraşdırmır.

“Ancaq sabiq Müdafiə naziri belə hallara qarşı daha diqqətli idi. O, şikayətçiləri qəbul edirdi. Bəzən xəstə əsgərlərin birbaşa onun iş otağına aparıldığı hallar da olub”, - deyə yezidi əsgər anası etiraz edib.

Vəkil Ombudsmanla əlaqə saxladıqda, ona cavab veriblər ki, belə vəziyyətdən xəbərdardırlar və bir daha həmin məkana baş çəkəçəklər. Lakin hələki heç nə dəyişməyib. metbuat.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər