Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Duqin Qarabağ sülhünün vaxtını açıqladı – Sensasion şərh

Baxılıb: 3168     Tarix: 26-01-2019 14:56   
Duqin Qarabağ sülhünün vaxtını açıqladı – Sensasion şərh


Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşündən sonra tezliklə Bakı və İrəvanın Qarabağ münaqişəsi ilə bağlı anlaşma imzalaya biləcəkləri haqqında bəyanatlar verilib.

Rusiyalı politoloq Stanislav Tarasovun fikrincə erməni tərəfi təzyiq altında bir neçə rayonu güzəştə getməyə məcbur olacaq. Və bu iyunda baş verəcək.

“Novosti-Armeniya”yanın verdiyi məlumata görə digər rusiyalı politoloq Modest Kolerov Ermənistanla Azərbaycan arasında anlaşmanın fərqli zamanda baş verəcəyini söyləyib. O, hesab edir ki, anlaşma artıq mart ayında imzalanacaq və razılaşma sənədi çoxdandır ki mövcuddur.

Beynəlxalq Avrasiya hərəkatının lideri, siyasi elmlər doktoru və publisist, həmçinin “Kremlin ideoloqu” adlandırılan Alensandr Duqin Media.az-a müsahibəsində hadisələrin bu cür inkişafının mümkün olduğunu bəyan edib.

“Məsələ bundadır ki, Rusiya ilə Azərbaycanın mövqelərində müəyyən əlaqə və ardıcıllıq var. Rusiya burada passiv müşahidəçi yox, həll prosesinin aktiv iştirakçısıdır. Moskva ilə Bakı arasında əvvəlcə Dağlıq Qarabağ ətrafındakı beş və sonra daha iki rayonun qaytarılması məsələsi ilə bağlı qarşılıqlı anlaşma var. Bu Ermənistanın əvvəlki rəhbərliyi ilə razılaşdırılmışdı”, - A.Duqin söyləyib.

Həmsöhbətin sözlərinə görə, dəyişən yalnız Nikol Paşinyanın mövqeyi olub:

“O, hakimiyyətə böyük ölçüdə antirus, milli, liberal və qərbmeyilli dalğaların üzərində gəlib. Lakin bir siyasətçi kimi Paşinyan anlayır ki, Qarabağ məsələsində əvvəlki Ermənistan hakimiyyəti ilə razılaşdırmaların inkar edilməsi onun özünə mənfi təsir göstərəcəkdir.

A.Duqin hesab edir ki, Nikol Paşinyanın Qarabağ anlaşmaları ilə bağlı artıq bu yazda daha rasional mövqe tutacağını güman etməyə imkan verən bir sıra amillər mövcuddur.

“Moskva və Bakının mövqeləri möhkəmdir və hər hansı bir dəyişikliyi nəzərdə tutmur. Bu zəmində, təkrar edirəm ki, mən ən qısa zamanda beş, və daha sonra iki rayonun Azərbaycana qaytarılması haqqında razılaşmanı istisna etmirəm. Bundan sonra isə yeni mərhələ başlayacaq”, - deyə həmsöhbət fikrini tamamlayıb./oxu.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər