Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Ermənistanın keçmiş səfirindən aprel döyüşləri ilə bağlı şok ittihamlar - “Sarqsyan və komandası vətənə xəyanət edib”

Baxılıb: 3714     Tarix: 21-01-2019 14:23   
Ermənistanın keçmiş səfirindən aprel döyüşləri ilə bağlı şok ittihamlar - “Sarqsyan və komandası vətənə xəyanət edib”


Ermənistanın Avstriya və Macarıstandakı sabiq səfiri Arman Navasardyan aprel döyüşləri zamanı hakimiyyətdə olan Serj Sarqsyana qarşı ağır ittihamlar irəli sürüb.

Sumqayitfakt.Az xəbər verir ki, səfirin Armtimes.com saytında dərc olunan müəllif yazısında yüksək vəzifəli şəxsləri vətənə xəyanətdə ittiham edib.

Worldmedia.az saytının tərcümə etdiyi "Xidməti səhlənkarlıq, yoxsa hərbi-siyasi cinayət?" başlıqlı həmin yazını təqdim edirik:

"...Aprel döyüşlərindən sonra Ermənistan Respublikaçılar Partiyası "təbliğat maşını”nı tam gücü ilə işə salmışdı. Guya "nankor düşmən bütün yazılı və şifahi razılaşmaları pozaraq erməni tərəfinə qarşı hərbi əməliyyatlara başlayıbmış”. Onlar silahlı qüvvələrimizin bu hücumu gözləmədiyini tez-tez təkrarlayır, yüzdən çox hərbçimizi, həmçinin əraziləri bu səbəbdən itirdiyimizi deyirdilər. Ən maraqlısı isə odur ki, bu cür fikirlər yayanlar cəmiyyətə inamsızlıq, cılızlıq toxumu səpirdilər. Onlar deyirdi ki, məğlubiyyətimizə, itkilərimizə silah-sursat, hərbi texnika çatışmazlığı, cəbhə bölgəsində əsasən orduya yeni çağırılmış gənclərin xidmət etməsi səbəb olub. Ölkə başçısı Serj Sarqsyan isə ötən əsrin 80-ci illərinə aid silah-sursatla döyüşdüyümüzü deyir, bundan gileylənirdi.

Lakin cinayət varsa, deməli cəza da olmalıdır! Ölkə başçısı da "günah keçisi” kimi, kəşfiyyat rəisi Arşak Karapetyanı seçdi və onu vəzifəsindən uzaqlaşdırdı. Bununla, Silahlı Qüvvələrin Ali Baş Komandanı faktiki olaraq, öz günahını tabeliyində olan zabitin üzərinə atdı.

Yeri gəlmişkən, o anda Serj Sarqsyanın artıq məsuliyyətdən yayınmaq təcrübəsi var idi. O, ötən əsrin sonunda baş vermiş 27 oktyabr hadisələri zamanı (1999-cu ilinin oktyabrın 27-də silahlı dəstə Ermənistan parlamentinin binasına daxil olaraq 8 nəfəri, o cümlədən parlamentin sədri Karen Dəmirçiyanı və baş nazir Vazgen Sərkisyanı güllələmişdi - WM) Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri olsa da, hadisələrdən dərhal sonra səhnədən yox olmuş, yalnız ara sakitləşdikdən sonra meydana çıxmışdı...

Gələk faciəvi komediya filminin ikinci pərdəsinə. Bu, erməni ictimaiyyəti üçün əsl şok idi. Sən demə, aprel döyüşlərilə bağlı faktlar, yumşaq desək, saxtalaşdırılıbmış. Minlərlə məxfi material əslində, kəşfiyyat məlumatlarının olduğunu göstərir. Baş nazirin, müdafiə nəzirinin və digər vəzifəli şəxslərin bəyanatlarından məlum olur ki, "dördgünlük müharibə”nin başlamasından ən azı 1 ay əvvəl Azərbaycan cəbhə bölgəsinə böyük həcmdə canlı qüvvə və hərbi texnika toplayırmış və... bundan hər kəs xəbərdar imiş!

Hətta daha bir məlumata görə, nahaq cəzalandırmış zabitin başçılıq etdiyi qurum cəbhə bölgəsində yerləşən bütün hərbi birləşmələri Azərbaycanın hücuma keçə biləcəyi haqda məlumatlandırıbmış. Nəticədə nə baş verib? Bəzi komandirlər düşmənə fəal müqavimət göstərsə də, onlara tabe olan əsgərlər sonuncu gülləyədək döyüşsə də, köməksiz qalıb. Çünki bəzi yüksək rütbəli zabitlər düşmənin hücumunun qarşısını almaq üçün heç bir addım atmayıb. Bu, nədir? Klassik xəyanət, yoxsa Stalin stereotipinin ermənisayağı ifadəsi? Özünüz qərar verin.

Ola bilərmi ki, Rusiya və Amerikanın kəşfiyyat peykləri Azərbaycan tank birləşmələrinin hərəkətini qeydə alsın, lakin məlumatı Ermənistan hakimiyyətinə ötürməsin? İnandırıcı deyil. Əgər belədirsə, onda həmin dövrdə Ermənistanın hərbi, siyasi və diplomatik qurumların fəaliyyət səviyyəsi sıfıra bərabər olub!

Bütün bunlarla yanaşı, Ermənistanın indiki hakimiyyəti keçmiş hakimiyyətə sağ ol deməlidir:
yaxşı ki, onlar aprel faciəsinin günahını "məxməri inqilab”ın üzərinə atmır. Hər halda, onlar Azərbaycan qoşunlarının Naxçıvan istiqamətində irəlilədiyi vaxt buna çalışmışdılar.

O ki qaldı "dördgünlük müharibə”yə, bizim başlıca vəzifəmiz bu məsələni dərindən araşdırmaq və günahkarları aşkara çıxarmaq olmalıdır. Baş verənlərdən xəyanət qoxusu gəlir və bütün xəyanətkarlar sərt şəkildə cəzalandırılmalıdır!"


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər