Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Binəli Yıldırımın ailə biznesi haqqında yazan jurnalist həbs edilib - 1 il 1 ay 15 gün...

Baxılıb: 3144     Tarix: 11-01-2019 20:57   
Binəli Yıldırımın ailə biznesi haqqında yazan jurnalist həbs edilib
Türkiyənin “Cumhuriyet” qəzetinin müxbiri Pelin Ünkər həbs edilib.

Qəzet yazır ki, jurnalistin həbs edilməsinə səbəb “Paradise Papers” (Cənnət kağızları) adlı xəbərlər silsiləsidir. Həmin yazılarda jurnalist Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və övladlarının Maltada offşor şirkətləri olduğunu yazıb.

Məhkəmə hesab edib ki, Pelin Ünkər bu xəbərlərdə Binəli Yıldırımı təhqir edir və buna görə də jurnalistin 1 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. P.Ünkər həmçinin 8 600 türk lirəsi cərimə ödəməlidir.

Jurnalistin vəkillərindən biri Binəli Yıldırım və övladlarının məhkəməyə təqdim etdiyi şikayət ərizəsində yanlışlıqlar olduğunu vurğulayıb. O, həmin ərizədə yer alan və Pelin Ünkərə aid edilən bəzi yazılarda əslində onun imzasının olmadığını deyib. Vəkilin sözlərinə görə, “Paradise Papers” silsilə xəbərlərində jurnalist Məclis sədrini və onun övladlarını təhqir edən heç bir ifadəyə yer verməyib. Digər bir vəkil isə bildirib ki, bu sənədlər bütün dünyada yayımlansa da, təkcə Pelin Ünkər məhkəməyə verilib və indi də həbs edilir.

Pelin Ünkər məhkəmədən çıxarkən verdiyi açıqlamada həbsin səbəbini belə izah edib: “Bu cəza ona görə verilir ki, bir daha əlimə bu cür material düşəndə həbs edilməkdən çəkinib xəbəri yazmayım. Təbii ki, peşəmlə məşğul olmağa davam edəcəm. Digər jurnalistlər necə edirlər? Mən də bacaracam”.

“Paradise Papers” nədir?

“Paradise Papers” 40-dan çox ölkədə müxtəlif siyasətçilərin, varlı biznesmenlərin və şirkətlərin offşor hesablar və şirkətlər vasitəsilə vergidən yayındıqlarını üzə çıxaran sənədlərdir.

Son 70 ili əhatə edən bu sənədlər ilk dəfə 2016-cı ildə Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə sızıb. Qəzet 13,4 milyon gizli elektron sənəddən ibarət toplunu Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) ilə bölüşüb. BBC və “The Guardian”ın müxbirləri də daxil olmaqla konsorsiuma üzv olan media nümayəndələri sənədlərə baxıb və əsas məlumatları ayırd ediblər. Bir çox media bu sənədləri 5 noyabr 2017-ci il tarixində yayımlayıb.

Sənədlərdə kimlərin adları keçir?

“Paradise Papers” Panama sənədlərindən sonra ən böyük məlumat sızıntısı hesab edilir. Burada İngiltərə karaliçası II Elizabet, hazırda ABŞ prezidenti olan Donald Tramp, Rusiya lideri Vladimir Putin, Qazaxıstan prezidenti Nurəli Əliyev də daxil olmaqla 120 mindən çox şəxs və şirkətin adı keçir. “Boston Consulting Group” sənədlərdə ümumilikdə 10 trilyon dollardan söhbət getdiyini açıqlayıb. strateq.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər