Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Azərbaycan səfiri İtaliya televiziyasında Ermənistanı ifşa etdi

Baxılıb: 477     Tarix: 21-12-2018 15:00   


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Askanews” xəbər agentliyinə videomüsahibə verib.

Sumqayitfakt.Az xəbər verir ki, müsahibəsində 2018-ci ilin yekunlarından bəhs edən səfir cari il ərzində Azərbaycan-İtaliya münasibətlərində əldə olunmuş nəticələrlə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və TAP layihəsinə dair sulları cavablandırıb.
Cari il ərzində iki ölkə arasında münasibətlərdə əldə olunmuş nəticələrdən məmnunluğunu bildirən diplomat yekunlaşmaqda olan ilin qarşılıqlı yüksək səviyyəli səfərlərlə yadda qaldığını, bu xüsusda İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın, İtaliya Senatının Sədri Maria Elisabetta Kasellatinin Azərbaycana, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərini qeyd edib.
Azərbaycan-İtaliya münasibətləri tarixində ilk dəfə baş verən bu səfərlərin iki ölkə arasında yüksək səviyyəli siyasi və institusional dialoqun davam etdirilməsi üçün əhəmiyyətini bildirib.
İqtisadi əlaqələrdə də yüksək nəticələrin əldə edildiyini vurğulayan səfir cari il ərzində İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı olduğunu söyləyib.
İqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün önəmli addımların atıldığı, bu xüsusda İtaliya prezidentinin Azərbaycana səfəri çərçivəsində böyük iqtisadi forumun keçirildiyini bildirib.
İl ərzində mədəniyyət sahəsində də sıx mübadilələrin aparıldığı, ölkəmizin mədəniyyətinin İtaliyada daha yaxından tanıdılması üçün çoxsaylı tədbirlərin keçirildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması münasibətilə bir sıra önəmli tədbirlərin, o cümlədən Romanın Müasir və Çağdaş İncəsənət Qalereyasında və İtaliya Prezidentinin Kuirinale Sarayında müvafiq tədbirlərin keçiridliyini söyləyib. Diplomat il ərzində ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı və xalqlarımızın bir-birinə daha da yaxınlaşması istiqamətində səylərin davam etdiriləcəyini deyib.
Azərbaycanın çoxistiqamətli və tarazlı xarici siyasət yürütdüyünü bildirən M.Əhmədzadə Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri olduğunu, Avropa İttifaqının bir sıra ölkələri, o cümlədən İtaliya ilə strateji tərəfdaşlıq haqda sənədlərin imzalandığı və qəbul olunduğu, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşı və sərmayədarlarından olduğunu bildirib. Hazırda ölkəmizi Avropa ilə birləşdirəcək bir sıra strateji layihələr üzərində çalışdığımızı, Azərbaycanın önəmli coğrafi yerləşməsini nəzərə alaraq, bu layihələrin eləcə də Asiyanı Avropa ilə birləşdirəcəyini deyib.
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayan diplomat status-kvonun dəyişməsinin vacibliyini, bunun üçün isə Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalı olduğunu bildirib, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə mümkünlüyünü deyib.
M.Əhmədzadə Cənub Qaz Dəhlizinin enerji mənbələrinin və təchizatının şaxələndirilməsi üçün əhəmiyyətini vurğulayıb, eləcə də sərmayələrin həcmi 40 milyard dollar olan bu layihəyə cəlb olunan ölkələrdə bu dəhlizin iqtisadi inkişafa töhfə verdiyini deyib. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP-in tikintisi üzrə işlərin davam etdiyini qeyd edən diplomat işlərin nəzərdə tutulmuş cədvəl üzrə yekunlaşdırılmasının və qazın İtaliyaya 2020-ci ildə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Müsahibə, eləcə də İtaliyanın “İl Sole 24 Ore”, “İl Foglio”, “İl Tempo”, “Quotidiano”, “Libero Quotidiano”, “Affari İtaliani”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Prealpina”, “Corriere di Siena”, “Corriere di Arrezzo”, “Corriere di Viterbo”, “Corriere dell’Umbria”, “Corriere di Rieti”, “Lettera43” və sair kimi kütləvi informasiya vaistələri tərəfindən də dərc olunub.modern.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər